PSJ-nin futbolçusu Afrikanın ən yaxşı oyunçusu seçilib

Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusunu müəyyənləşdirib.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransanın PSJ klubunun və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi layiq görülüb.

O, 1998-ci ildən bəri bu mükafatı qazanan ilk mərakeşli futbolçu olub. Mükafat 1992-ci ildən CAF tərəfindən təqdim olunur.

Ötən il mükafatı İtaliyanın “Atalanta” klubunun formasını geyinən Ademola Lukman qazanıb.