"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aparılan ətraflı müayinələr nəticəsində futbolçunun dördbaşlı (sol budunun arxa) əzələsində ortasəviyyəli gərginlik və qanaxma aşkar edilib.
Oyunçunun neçə müddətlik sıradan çıxması barədə məlumat verilməyib.
Qeyd edək ki, "Qalatasaray" klubu dekabr ayının birində çətin "Fənərbağça" səfərinə yollanacaq.