Azərbaycan Premyer Liqasının “Zəfər turu” çərçivəsində “Qarabağ” və “Neftçi” komandaları arasında Azərbaycan derbisi keçirilib.
Teleqraf xəbər verir ki, “Azersun Arena”da təşkil olunan görüş Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi matçda Toral Bayramovla (50-ci dəqiqə, penaltidən) Kamilo Duran (84) fərqləniblər.
Bununla da Ağdam təmsilçisi xallarının sayını 23-ə çatdıraraq liderliyə yüksəlib. Paytaxt klubu 15 xalla 7-ci sıradadır.
Qeyd edək ki, XII turun oyunları 21-23 noyabrda keçiriləcək.