“Qarabağ” “Çelsi”yə qarşı tam peşəkar şəkildə meydana çıxacaq”
16:01 04.11.2025
Futbol
213
“Çox diqqətli və səbirli olmalıyıq. Çalışmalıyıq ki, öz oyunumuzu itirmədən davam etdirək və rəqibə bizim oyun tərzimizi qəbul etdirək. Əgər bunu bacarsaq, bizim üçün çox yaxşı olar”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın sabiq kapitanı, hazırda Ağdam klubunun əvəzedicilər komandasının baş məşqçisi Maksim Medvedev deyib.
36 yaşlı mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubuna qarşı keçirəcəyi matç barədə fikirlərini bölüşüb:
“Bizi çox ağır və intensiv oyun gözləyir. Çünki rəqib sürətli və fiziki futbolu sevir. “Çelsi” hərtərəfli güclü komandadır. Hansısa konkret mövqeyə görə xüsusi hazırlaşmaq düzgün olmazdı. Komandamız bu oyuna yaxşı hazırlaşacaq və tam peşəkar şəkildə meydana çıxacaq. Hər biri ən yaxşısını etməyə çalışacaq. Baş məşqçi Qurban Qurbanov da rəqibi ətraflı analiz edib, necə oynamaq lazım olduğunu məşqlərdə futbolçulara çatdırıb. İnanıram ki, hər şey qaydasında olsa, “Qarabağ” üçün çox uğurlu oyun olacaq”.
Medvedev 2017/2018 mövsümündə “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində “Çelsi”yə (0:6, 0:4) məğlub olduğu görüşləri də xatırlayıb:
“2017-ci ildə mən də “Çelsi”yə qarşı oynamışdım. Bizim üçün çox çətin oyunlar keçmişdi. O vaxt “Qarabağ” indiki kimi deyildi. Bir az daha gənc və təcrübəsiz komanda idik. İndi isə artıq təcrübə toplamışıq və belə güclü rəqiblərə qarşı çəkinmədən futbol oynaya bilirik. “Çelsi”də indi tamam başqa futbolçular çıxış edir. Onlar elə klubdur ki, həmişə ən yaxşı oyunçuları öz heyətində cəmləşdirir. Həm individual, həm də komanda şəklində çox yaxşı çıxış edirlər”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm