"Qarabağ"ın rəqibi baş məşqçi ilə bağlı qərar verdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu baş məşqçi Arne Slotla bağlı qərar verib.

Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayırmağa tələsmir.

"Qırmızılar" Slotun rəhbərliyi altında son 11 oyunda səkkiz məğlubiyyət almasına baxmayaraq, hazırkı durumda onu dəyişdirməyi düşünmür.

Arne Slot 2024-cü ilin yayından "Liverpul"un baş məşqçisidir. Komanda 47 yaşlı çalışdırıcı ilə ötən mövsüm İngiltərə Premyer Liqasını qazanıb.

Qeyd edək ki, "Qarabağ"la "Liverpul" gələn ilin yanvarın 28-də qarşılaşacaq.