Qurban Qurbanov: “Aqressiv bir komanda ilə üz-üzəyik”

“Çalışacağıq meydanda möhkəm olaq və bu cür rəqibin tempinə dayana bilək. İnanırıq ki, azarkeşlərimiz göstərdiyimiz mübarizədən razı qalacaqlar”.

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyada "Atletik" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

O, görüşün asan olmayacağını bildirib: “Vacib oyundur. Çox yaxşı komandaya qarşı oynayacağıq. Təcrübəli baş məşqçiləri var. Həm müdafiədə, həm hücumda aqressiv bir komanda ilə rəqibik. Onlar da çox istəklidir, bu oyunda qalib gəlmək istəyirlər. Xal fərqini yaxşılaşdırmağı düşünürlər".