Qurbanovdan "Bu şəhərdə"nin parodiyasına reaksiya

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bu şəhərdə"nin konsertində parodiya olunmasına reaksiya verib.

Axar.az xəbər verir ki, mütəxəssis bu barədə Premyer Liqanın XII turunda səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfansında danışıb.

"Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm", - deyə Qurbanov bildirib.

Qeyd edək ki, "Bu şəhərdə" yumoristik təşkilatı Qurban Qurbanovu parodiya etdiyi üçün tənqid olunurdu.