"Real Madrid"in müdafiəçisi əməliyyat olub

"Real Madrid"in mərkəz müdafiəçisi Eder Militao əməliyyat olunub.

Teleqraf xəbər verir ki, braziliyalı futbolçu sol ayağındakı proksimal biseps bud əzələsinin vətərini bərpa etmək üçün əməliyyat olunub.

Militao tezliklə reabilitasiyaya başlayacaq. 28 yaşlı müdafiəçi təxminən beş aydan sonra meydana qayıda biləcək.

Braziliya millisinin üzvü bu mövsüm Madrid klubunda bütün turnirlərdə 21 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.