Azərbaycan millisinin düşərgəsində zədələnən “Qarabağ”ın futbolçusu Toral Bayramovun bərpa prosesi 5-6 gün davam edəcək.
Teleqraf-ın məlumatına görə, bunu millisinin baş məşqçisi Ayxan Abbasov bildirib.
Mütəxəssisin sözlərinə görə, 24 yaşlı müdafiəçidə birinci dərəcəli dartınma aşkarlanıb.
Qeyd edək ki, Toral Bayramov bu gün Azərbaycan millisinin düşərgəsini tərk edib. Yığma sabah Fransa komandasını qəbul edəcək.