Türk klublarının Avropa kuboklarındakı potensial rəqibləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Sherg.az xəbər verir ki, II təsnifat mərhələsində rəqiblərini mübarizədən kənarlaşdıracaqları təqdirdə Türkiyə təmsilçilərinin potensial rəqibləri dəqiqləşib.

“Fənərbaxça” Polşanın “Qornik Zabje” klubunu keçərsə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Şturm Qrats” - “Harts” cütünün qalibi ilə qarşılaşacaq.

“Beşiktaş” Danimarka təmsilçisi “Midtyulland”ı məğlub edəcəyi halda, Avropa Liqasında “Tromso” - “Hradeç Kralove” cütünün qalibi ilə üz-üzə gələcək.

“Başakşəhər” isə Finlandiyanın “İnter Turku” komandasını keçərsə, Konfrans Liqasının III təsnifat mərhələsində “Vaduz” - “Atletik Club d'Escaldes” cütünün qalibi ilə qarşılaşacaq.