İtaliyanın "Napoli" klubunun zədəli futbolçusu Romelu Lukaku UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ"la keçiriləcək oyunda iştirak edə bilər.
Teleqraf xəbər verir ki, belçikalı hücumçunun bərpa prosesi gözləniləndən daha yaxşı keçir.
Daha əvvəl Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte Lukakunun ən tezi dekabrın əvvəlində sıraya dönəcəyini bildirmişdi. Lakin, "Napoli"nin xəstəxanasından gələn son xəbərlərə əsasən, bu, bir qədər tez - noyabrın son günlərində baş verə bilər.
Qeyd edək ki, Romelu Lukaku cari mövsüm başlamazdan əvvəl Yunanıstanın "Olimpiakos" komandasına qarşı yoldaşlıq oyununda zədələnib.
"Napoli" - "Qarabağ" matçı noyabrın 25-də baş tutacaq.