Xulian Alvares Lionel Messini geridə qoydu

"Atletiko Madrid"in hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında (ÇL) 41 matçda 25 qol vuraraq tarixə ən sürətli cənubi amerikalı kimi düşüb.

Oxu.Az "Opta Sports"a istinadən xəbər verir ki, Alvares bu uğura ÇL-nin yarımfinal mərhələsində "Arsenal"ın (1:1) qapısından top keçirməklə nail olub.

O, bu göstəriciyə 42 qarşılaşmada çatmış Lionel Messini geridə qoyub.

Bundan başqa, Alvares turnirin cari mövsumündə 10-cu qolunu vurub və bununla da ÇL-in bir mövsümündə bu rəqəmə çatmağı bacaran ilk "Atletiko Madrid" futbolçusu olub.