Sabiq şirkət əməkdaşı: “Ayrılan pulun 30 faizini Vilyam Hacıyevə verdim”
Yusif Nəzərli
10:59 21.02.2022
Cəmiyyət
555
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının tikintisini həyata keçirən şirkətin direktorunun müşaviri Səyalə Səfərova ifadə verib. Şahidin sözlərinə görə, binanın tikintisi üçün təmsil etdiyi “NTC Company” MMC-yə 4 milyon manat pul köçürülüb. Lakin Vilyam Hacıyev həmin vəsaitin 30 faizinin onlara çatmalı olduğunu deyib:
“Əvvəl bu qiymətə iş görə bilmərik deyib, etirazımı bildirdim. Bundan sonra işi əlimdən alacağı ilə hədələdi. Məcbur qalıb 30 faizə razılaşdım”.
Şahid vəkil Elmar Kərimovun sualını cavablandıran zaman şirkətin bank hesabına köçürülən 4 milyon manatı çıxarmaq üçün səlahiyyəti olmadığını deyib. S.Səfərovanın dediyinə görə, aparılan işlər üçün təmsil etdiyi şirkətin nağd vəsaitindən istifadə olunub.
Şahidin ifadəsinə münasibət bildirən Vilyam Hacıyev onunla hər hansı müqavilə bağlamadıqlarını bildirib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq işi aparan şirkətin direktorunun məhkəmədə ifadə verməsini tələb edib. Vəkil, həmçinin şahidin bu günə qədər verdiyi ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Proses fevralın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya