Prezident Sumqayıt Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub - FOTO
Yusif Nəzərli
15:03 20.07.2022
Gündəm
681
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şəhidlər xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin və Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan abidənin önünə gül dəstələri qoydu.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə Şəhidlər xiyabanında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 513 şəhidin uyuduğu Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb. Şəhidlər xiyabanında hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb.
Qeyd edildi ki, Şəhidlər xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər xiyabanında yaşıllıq örtüyü salınıb, işıqlandırma sistemi müasirləşdirilib, fəvvarə kompleksi inşa edilib. Burada yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılıb, həmçinin inzibati bina inşa olunub.
Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə ucaldılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət