
Sosioloqdan bu icra başçılarına ustad dərsi:“Bloqerə özünü təriflətmək köhnəlmiş üsuldur” - VİDEO
Yusif Nəzərli
14:30 21.07.2022
Cəmiyyət
581
Bu günlərdə Salyan rayon icra hakimiyyətini başçısı Sevindik Hətəmovun maraqlı videosu yayılıb. Görüntülərdən aydın olur ki, bir şəxs durmadan başçıya tərif yağdırır, başçı da videonun çəkilməməsini istəyir. Video ilə bağlı sosial mediada, eləcə də ictimaiyyətdə müxtəlif fikirlər səslədirilir. İddia olunur ki, video başçının təklifi ilə özünüreklam məqsədilə çəkilib və hansısa filmdən səhnəciyi xatırladır.
Qeyd edək ki, bir neçə gün öncə bəzi icra başçılarının da analoji video yayılıb. Sanki yeni bir “trend”ə qoşulurmuş kimi, qazilərlə rəqs edərək videolar çəkdirib sosial şəbəkələrdə paylaşdırıblar.

İcra başçılarının əksəriyyətinin insanlarla işləmək təcrübəsinin olmadığını deyən sosioloq-alim Əhməd Qəşəmoğlu "Sherg.az"a bildirib ki, onlar öz nüfuzlarını artırmaq üçün cəmiyyətin tələb etdiyi metodlardan istifadə etməlidirlər:
"İndiki icra başçılarının sosial işin nə olması və idarəetmədə hansı metodlardan istifadə edilməsi barəsində məlumatları yoxdur. Hazırkı dövrdə cəmiyyət xeyli mürəkkəb və həssas olub. Bu zaman hansısa təşkilatın rəhbəri olmaq xüsusi elmi bacarıq tələb edir.Təəsüf ki, bizim icra başçılarında və idarə rəhbərlərində sözügedən elmi bacarıq yoxdur. Onların özləri də bilmirlər ki, nəyi etsələr, onlara xeyirli olar.
Sadəcə olaraq ağıllarına gələn üsullardan istifadə edirlər. Bloqerə özünü təriflətmək və hansısa jurnalistə haqqında yazı yazdırmaq köhnəlmiş üsuldur. Bu üsul 50 il öncədə qalıb. İndiki halda rəhbərlərin bütün fəaliyyətləri göz önündədir və bu fəaliyyətlər barəsində məlumat almaq üçün xeyli informasiya mənbələri var. İcra rəhbərləri bunları aydın təsəvvür etməlidir. İlk öncə onlar araşdırmalıdır ki, əhali ilə necə yaxşı münasibətlər yaratmaq və dil tapmaq olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət