Dünyanın ən güclü pasportu Yaponiyaya məxsusdur
Yusif Nəzərli
23:38 21.07.2022
Dünya
869
Ən zəif pasportlara malik ölkələr isə Əfqanıstan, Şimali Koreya, Suriya və başqa ölkələrdir
Londonda fəaliyyət göstərən “Henley & Partners” viza firması dünyanın ən güclü və ən zəif pasportlarını sıralayıb. Sıralama vizasız gediş-gəlişin mümkün olduğu ölkələrin sayına görə təyin edilib. Hansı ölkənin vətəndaşları pasportları ilə daha çox xarici ölkəyə vizasız gedib-gəlmək imkanına malikdirsə, o ölkələr siyahıda ön sıralardadır. “NTV.com.tr” xəbər verir ki, viza firmasının belə bir siyahı tərtib etməkdə məqsədi dünya əhalisinə daha asan, əlçatan səfərlər, səyahətlər imkanı yaradan dövlətləri tanıtmaq və digərlərini onlardan örnək almağa çağırmaqdır.
Firma hesab edir ki, dünya hamının ümumi evidir və sərhədlər nə qədər açıq olsa, insanlar arasında ünsiyyət daha asan yaranar və dünya əhalisi bir-birinə yardım edər. Yeni hesabata görə, Asiyanın 3 dövləti vətəndaşlarına digər dövlətlərin vətəndaşlarından daha artıq səyahət azadlığı verir. Yaponiya 193 ölkəyə vizasız gediş-gəliş hüququ ilə ilk sıradadır, onu Sinqapur və Cənubi Koreya “təqib edir” (192 ölkə). “Ən güclü pasportlar” siyahısında ilk onluqda Almaniya, İspaniya, Finlandiya, İtaliya… əsasən Avropa ölkələri, Yeni Zelandiya, bir neçə Şərqi Avropa ölkəsidir (Litva, Macarıstan, Polşa…). Bu ölkələr vətəndaşlarına 182-190 dövlətə vizasız gediş-gəliş imkanı verir. Ən zəif pasportlara malik ölkələr siyahısında isə sonuncu yerdə gözlənildiyi kimi Əfqanıstandır – cəmi 27 ölkə. Bu siyahıya Şimali Koreya 40 ölkə ilə “liderlik edir”.
Siyahıda Nepal, Somali, Yəmən kimi Afrika ölkələri, eləcə də Pakistan, Suriya, İraq və Fələstin də var (29-38 ölkə). Siyahıda orta göstəricilərə malik dövlətlərin də adı keçir. Türkiyə 110 ölkəyə vizasız gediş-gəliş hüququ verməklə 54-cü sıradadır. Rusiya isə 50-ci sırada.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət