Şuşada Beynəlxalq Media Forumun açılış mərasimi keçirilib
Yusif Nəzərli
13:28 22.07.2022
Gündəm
539
22 iyul tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumun açılış mərasimi olub.
"Sherg.az" xəbər verir ki, Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsidir.
Beynəlxalq təşkilatların rəsmiləri, yerli media və ictimaiyyət nümayəndələri, dünyanın müxtəlif ölkələrinin media nümayəndələri və ekspertlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümumilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə Medianın İnkişafı Agentliyinin hazırladığı Azərbaycan Mətbuatının 147 illiyinə həsr olunan video-çarx nümayiş olunub.
Forumda çıxış edən Azərbaycan Respublikasının Audiovizual Şurasının sədri İsmət Səttarov audiovizual media sahəsində tənzimləmə və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsi ilə bağlı hazırkı vəziyyəti diqqətə çatdırıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media islahatlarının effektiviliyindən, əldə olunan ilkin nəticələrdən danışıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev informasiya müharibəsində “Karabakh.Center” layihəsinin yeri və rolu, eyni zamanda Qarabağda bərpa və yenidənqurma işlərində ictimai iştirakçılıq haqda məlumat verib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə heyətinin sədri Məftun Abbasov bildirib ki, Qoruq İdarəsi digər dövlət qurumları ilə birgə mədəniyyət paytaxtımızın dirçəlməsi, şəhərin həm fiziki, həm də mənəvi dirçəlməsi istiqamətində çoxşaxəli tədbirlər həyata keçirir.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva MEDİA Agentliyi ilə birgə təşkil olunan treninqlərin yeni media mühitinə təsirindən danışıb.
Daha sonra forum rəsmi şəxslər və media nümayəndələrinin çıxışları və müəyyən edilmiş panel mövzularının müzakirələri ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət