Ukraynadan taxıl ixracına dair sazişin təfərrüatları məlum olub
Yusif Nəzərli
01:34 23.07.2022
Dünya
660
Ukraynadan taxıl ixracına dair sazişin təfərrüatları məlum olub.
Bu barədə BMT-nin yüksək rütbəli rəsmisi məlumat verib.
Onun sözlərinə görə, təhlükəsiz dəhliz yollarını Ukrayna tərəfi müəyyənləşdirəcək və gəmilər ukraynalı pilotların müşayiəti ilə hərəkət edəcək.
Məlumata görə, taxıl sazişi müqavilədə göstərilən liman obyektlərinə hücumlardan imtinanı ehtiva edir. Sazişdə deyilir ki, tərəflər sazişin icrası ilə bağlı taxıl daşıyan gəmilərə, digər mülki gəmilərə və liman obyektlərinə hücum etməyəcəklər.
BMT-nin yüksək rütbəli rəsmisi vurğulayıb ki, saziş imzalandıqdan sonra Ukraynadan taxıl ixracına başlamaq bir neçə həftə çəkəcək.
Belə ki, tərəflərin Birgə Koordinasiya Mərkəzini tamamlamaq, yoxlamalar aparmaq üçün qruplar yaratmaq, Ukrayna limanlarında taxıl ixracına hazırlaşmaq üçün vaxt lazımdır. O, qeyd edib ki, Ukraynada yeni məhsul yığımı üçün taxıl anbarları boşaldılmalıdır.
BMT-nin yüksək rütbəli rəsmisi İstanbulda imzalanan taxıl müqaviləsinin müddətinin uzadılma ehtimalı ilə 120 gün olduğunu qeyd edib.
Sazişə uyğun olaraq Ukraynanın 3 limanından təhlükəsiz dəhlizlər vasitəsilə taxıl ixracı ayda təxminən 5 milyon ton təşkil edəcək.
Bununla yanaşı, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində taxıl ixrac edən gəmilərin monitorinqində iştirak edəcəklər.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət