Baydenin sağlıq durumu yenə prezident seçilməsinə əngəl yarada bilər
Yusif Nəzərli
09:22 23.07.2022
Cəmiyyət
689
Böyük ehtimalla Cozef Baydenlə Donald Trampın bir-birilə mübarizə aparacaqlarının şahidi olacağıq
ABŞ Prezidenti Cozef Baydenin reytinqi, ictimai dəstəyi xeyli aşağı düşüb. “Reuters” agentliyi və “Ipsos” sosiologiya xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, Baydenin reytinqi 36 faizədək enib ki, bu da 9 aylıq prezidentlik dövründə ən aşağı göstərici deməkdir. Eyni zamanda, rəyi soruşulanların 59 faizi prezidentin fəaliyyətindən narazılığını dilə gətirib. Baydenin nüfuzu demokratlar arasında da aşağı düşüb. Ötən həftə bu göstərici 74 faiz olduğu halda, indi 69 faiz təşkil edib. Respublikaçıların isə yalnız 11 faizi prezidentin fəaliyyətini dəstəklədiyini bildirib. Ekspertlərə görə, 40 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya Cozef Baydenin populyarlığının azalmasına ciddi təsir göstərən amillərdən biridir.
Politoloq Azər Rəşidoğlu “Şərq”ə bildirib ki, 2024-cü il seçkilərində də böyük ehtimalla Cozef Baydenlə Donald Trampın bir-birilə mübarizə aparacaqlarının şahidi olacağıq. Bayden hazırda 79 yaşındadır. İki ildən sonra növbəti seçkilərə qatılanda artıq onun 81 yaşı olacaq:
“Onun növbəti dəfə seçilib-seçilməyəcəyinə gəldikdə, indidən bu barədə konkret nəsə demək çətindir. Lakin Ukrayna məsələsində tutduğu mövqe fonunda Rusiyanı küncə sıxmağı bacaracağı təqdirdə, Baydenin nüfuzunun yenidən yüksələcəyini gözləmək olar.
Digər tərəfdən, ABŞ tarixində prezident olan şəxsin ikinci dəfə namizəd olduğu təqdirdə, məğlub olması kimi hallar ancaq təsadüfi hallarda baş verib. Baydenin seçilmək şansı az deyil. ABŞ-ın liberal istiblişmenti Baydeni dəstəkləyir. Amma Baydenin sağlıq durumu onun yenidən seçilməsinə əngəl yarada bilər.
Bu müstəvidə seçkilərə qədər sağlıq durumunun daha da ağırlaşa biləcəyi istisna deyil. Bayden üçün ikinci problem Trampın yenidən namizəd olmaq istəyidir. Konqresə seçkilərdə respublikaçılar qələbə qazana bilərlər. Bu isə prezident kimi Baydenin tamamilə təzyiq altında qalması deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət