Təhdidlərə son verilməlidir
Yusif Nəzərli
07:57 26.07.2022
Siyasət
730
Tehranın yanlış addımları öz başında çatlayacaq
Azər Həsrət: "İran və Rusiya layiq olduqları sərhədlər çərçivəsinə çəkilməlidir"
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İranın Xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb. Səfir nazirə rəsmi Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib. Görüşdə Hüseyn Əmirabdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb.
Ekspertlərin fikrincə, səfirin qəfil Tehrana çağrılması İsrail səfiri ilə yaranmış son qalmaqalla bağlıdır. İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehrli nağılları”yıla bağlı etdiyi paylaşıma İran səfiri qeyri-diplomatik tərzdə reaksiya vermişdi. Bu reaksiya əks-effekt yaradıb.
İsrail səfirinin Təbrizlə bağlı paylaşımı trendə çevrilib. Dünyanın müxtəlif ölkələrində hətta tanınmış siyasilər, eks rəsmilər tərəfindən “Təbrizin sehrli nağılları” kitabının paylaşımları artıb. İranlı nazirin Azərbaycandakı səfirinə bu hadisə ilə bağlı konkret hansı təlimat verdiyi məlum deyil. Lakin Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı, İsrail səfirinin paylaşımı böyük rezonans doğurmazdı. İran səfirinin sərt reaksiyası İsrail səfirinin işinə yaradı.
Səfir qalmaqalı ilə bağlı fikirlərini “Şərq”lə paylaşan siyasi şərhçi Azər Həsrət bildirib ki, İran səfirinin ölkəsinə getməsi və XİN başçısına hesabat verməsi göstərir ki, Tehran hökuməti atdığı addımların yanlış olduğunu anlayır. Ekspertə görə, İran yaxşı dərk edir ki, yanlışlıqlar onun öz başında çatlayacaq:
“Ona görə də ortalığı yumşaltmağa cəhd göstərir. Səfirin nazirliyə hesabat verməsindən başadüşülən budur. Xüsusən, “qonşu müsəlman dövlətləri ilə münasibətlərin yaxşılaşdırılması” fikrinin səsləndirilməsi belə qənaətə gəlməyimizə səbəb olur. İsrail və İran səfirləri arasında sosial media üzərindən başlamış duelə gəlincə, burada səviyyə fərqi özünü çox ciddi şəkildə göstərdi. İsrail səfiri çox nəzakətli şəkildə, artıq ifadə işlətmədən, kimisə təhdid etmədən sadə paylaşım etdi. Bir növ İrandakı bəzi beyinlərə xitab etmək istədi ki, “özünüz şüşə evdə oturmusunuz, başqalarının evini daşlamayın”. Amma İran səfirinin cavabı bir diplomata yaraşmayan ən aşağı səviyyəli təhdid idi. Faktiki olaraq o, İsrail səfirini ölümlə hədələdi. Səfir olan şəxs belə davrana bilərmi? Əsla yox. İranla İsrail arasındakı, daha doğrusu, iki səfir arasındakı fərq budur. İsrail ağılla hərəkət edir, İranın mollabaş fars rejimi isə “asaram, kəsərəm, öldürərəm” ritorikası ilə danışır. Belə şəraitdə Azərbaycan vətəndaşları İranı daim təhdid olaraq görəcək. Mən dövlətlərarası münasibətlərə qarışmaq istəmirəm. Siyasi şərhçi olaraq düşüncələrimi bəyan edirəm. İran bizim üçün təhdid olaraq qalmaqdadır və bu təhdidi yox etmək haqqında düşünməliyik. Necə ki, dünya İrandan qaynaqlanan təhdidin qarşısını almaq üçün tədbirlər görməyə çalışır, bizim də Güney Azərbaycandakı 40 milyon soydaşımız vaxtını boşa sərf etməməlidir”.
Analitik qeyd edib ki, İranla problemlərimiz birdəfəlik çözülməli, Azərbaycan bütövləşməlidir:
“Özünün intellektual imkanlarına görə, İranı idarə edənlərdən qat-qat yüksəkdə duran 40 milyonluq Azərbaycan türkü molla rejiminin əsarətindən xilas olmalıdır. Təbriz qədim türk şəhəridir. Bunu heç kim inkar edə bilməz. İrandakı fars rejimi də, onlarla həmfikir olan doğma qardaşları ermənilər də, Azərbaycanda onlara züy tutan bəzi ünsürlər də. Baş verən proseslər fonunda nəhayət ki, dünya düzəni dəyişməlidir.
İran və Rusiya layiq olduqları sərhədlər çərçivəsinə çəkilməlidir. Əks halda bizim də, dünyanın da başı çox ağrıyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət