Ekspertdən ciddi siqnal- “Azərbaycan antiterror əməliyyatı keçirmək məcburiyyətində..."
Yusif Nəzərli
09:51 26.07.2022
Aktual
1055
“Vaxtdır. Atlanın igidlər, vurun, əzin və gedə bildiyiniz qədər irəliləyin. Hamılıqla yanınızdayıq!”
Bunu hərbi eskpert Ədalət Verdiev öz feysbuk hesabında paylaşıb. Məlum fikirləri ilə ölkə ictimaiyyətinə ötürdüyü mesajın kodlarını açan ekspert “Sherg.az”a bildirib ki, Ermənistan tərəfinin həm sərhəddə, həm də Qarabağın perimetrləri boyunca yerləşən Azərbaycan Ordusunun mövqelərinə qarşı 9 dəfə atəşkəsi pozması dövlətimizə düşmənə qarşı daha təsirli adekvat tədbirləri görməyə imkan verir:
“Bu prosesdə biz rus sülhməramlı kontingentinin yarıtmaz fəaliyyətini bir daha müşahidə edirik. Ermənistan və Rusiya tərəfi birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edirsə, Azərbaycan da üzərinə götürdüyü öhdəliklərdən geri addım ataraq, 2020-ci ilin 9 noyabr tarixinə, yəni, Şuşa və onun ətrafındakı 71 kəndin azad etdiyi tarixə qayıda bilər.
Məhz bu mənada Azərbayacan artıq düşmənin atəşkəsi pozan mövqelərini darmadağın etməli və həmin ərazilərdə Azərbaycan əsgərini və üçrəngli bayrağımızı yerləşdirməlidir. Bunun üçün artıq bizim əlimizdə bütün hüquqi əsaslar mövcuddur. Heç bir halda Azərbaycan onun ərazilərinə atəş açılmasını və əsgərimizin həyat və sağlamlığına real təhdid törədilməsinə biganə qala bilməz”.
Artıq düşmən tərəfini anladığı dildə başa salmağın vaxtının çatdığını vurğulayan ekspert onu da əlavə edib ki, bunun üçün yetərli güc və potensiala sahibik:
“Böyük ehtimalla Azərbaycan antiterror, cəzalandırma, təmizləmə və ya necə adlandırarsaq, adlandıraq hər hansı bir əməliyyatı həyata keçirmək məcburiyyətində qalıb. Biz müharibə istəmirdik. Amma Ermənistan tərəfi bunu israrla bizdən tələb edirsə, onlar buna nail olacaqlar.
Bu əməliyyatların nəticəsi həm separatçı qrup, həm də Ermənistandakı hakim dairələr üçün çox ağırlı və acılı olacaq”.
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət