Təbriz haqqında trendə çevrilən kitabın müəllifi Corc Diklə görüşmək istəyir - FOTO
Yusif Nəzərli
11:01 26.07.2022
Cəmiyyət
600
İsrailin Azərbaycandakı səfiri Corc Dikin paylaşımından sonra gündəmə gələn “Təbrizin sehrli nağılları” kitabı qısa zaman ərzində trendə çevrilib. Sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olan kitabla şəkil çəkdirib paylaşmaq kütləvi hal alıb.
Sözügedən kitabın müəllifi olan professor Cəmilə Həsənzadə Modern.az-a açıqlamasında bildirib ki, qələmə aldığı “Təbrizin sehrli nağılları”nın şöhrət qazanması onun üçün gözlənilməz olub:
“Kitabımın səs-küyü yaman yayılıb, belə olacağını heç gözləmirdim. Açığı təəccübləndim və sevindim belə olmasına. Amma bu kitaba görə mənə hər hansı bir qiymətin verilməsini istəmirəm. Oturmuşam evimdə və yenə yazıram. Mən Təbriz haqqında əvvəllər yazmırdım, yazı istiqamətim Qərbdən idi. Amma 1973-cü ildə Bakıya gələndə mənə “Bizə Qərb maraqlı deyil, sən gəl, miniatürdən yaz” dedilər. Mən onda çox yaxşı başa düşürdüm ki, nə üçün bunu mənim boynuma qoydular. Çünki mən ingilis və fransız dillərini bilirdim. Bütün mənbələr də o dillərdə idi”.
Cəmilə Həsənzadə hələ İsrailin ölkəmizdəki səfiri ilə görüşmədiyini, amma dost ölkəni təmsil edən diplomatla bir araya gəlməyi arzuladığını söyləyib:
“Kitabım oxucuların da marağındadır. Bu, əlbəttə ki, məni sevindirir. Kitabı əldə etmək üçün zəng edirlər. Mən həm də çox təəssüf edirəm ki, artıq Azərbaycanda rus dilinə maraq azalıb və mənim bundan da yaxşı kitablarım var, sadəcə onları dilimizə tərcümə etdirmək lazımdır. İstəmərəm əziyyətim hədər getsin. Mən ömrümü yazmağa, Təbrizə həsr etmişəm”.
İranın Bakıdakı səfirinin birmənalı qarşılamadığı kitabın müəllifi onu da qeyd edib ki, bu gün ölkəmizdə miniatür sənətinə maraq çox aşağıdır: “İndiki vaxtda heç kim iynə ilə gor eşmək istəmir”.
Qeyd edək ki, “Təbrizin sehrli nağılları” adlı kitabın müəllifi, professor Cəmilə Həsənzadə faktları təqdim edərək Azərbaycan miniatür rəssamlığının klassik dövrünü XIII əsrdəki ilk addımlarından XVI əsr Səfəvi dövründəki ən yüksək inkişaf nöqtəsinədək araşdırıb. Kitabda orta əsrlərdə Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələləri və onun digər miniatür məktəblərinə təsiri əks olunub.
Onu da bildirək ki, Bakı Kitab Mərkəzinin saytında (Baku Book Center) kitabın qiyməti 70 manatdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət