Ruslar Qarabağa 5 il sonra çıxmaq üçün gəlməyib! – "15 il uzatmaq...!"
Yusif Nəzərli
11:56 27.07.2022
Qarabağ
780
Rusiya cavabın müqabilində sülhməramlıların 5 illik müddətini, bəlkə də, 15 il daha uzatmağa niyyətlidir.
“Onların provokasiyalarına reaksiya versək, qarşımızda ermənilər yox, rusları görəcəyik”
“Ruslarla da "baş aparmaq" Ukrayna, Gürcüstan nümunəsindən gördüyümüz qədərilə çətin məsələdir"
30 ilə yaxın erməni tapdağında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və Azərbaycan ordusunun rəşadəti nəticəsində işğaldan azad olundu. 10 noyabr 2020-ci ildə Azərbaycan Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bəyanata əsasən, İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan üç rayonun itkisiz, qansız qaytarılmasına, Zəngəzur koridorunun açılması üçün imkan yaradılmasına, ən əsası Ermənistanın kapitulyasiyasına nail oldu. Artıq bəyanatın imzalanmasından 2 ilə yaxın zaman ötür. Savaşdan qalib ordu kimi ayrılan dövlətimizə qarşı hələ də Ermənistanın mütəmadi şəkildə təxribatlar törətdiyinə şahid oluruq. Son vaxtlar isə erməni hərbi silahlı birləşmələrinin təxribatlarının sayının daha da artmasını görürük.
Ötən günlərdə erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
"Sherg.az" Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə silah daşınması, mövqelərimizin atəşə tutulması və s. kimi xəbərlər də ermənilərin dinc qalmadığının sübutudur.
Düşmənin provokasiyalarının sayının artmasını "Sherg.az"a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, son günlərdə meydana gələn hadisələr Qarabağda Azərbaycanın Ermənistanla deyil, Rusiya ilə probleminin mövcudluğunu bir daha sübut edir:
"Eləcə də Gürcüstanda gürcü-abxaz, gürcü-osetin, Moldoviyada Moldova-Dnestryanı yox, rus-gürcü, rus-moldiviya məsələsi var. Bütün bənzər münaqişələr Rusiyanın Qafqazda nəzarəti əlində saxlamaq üçün mümkün qədər konfliktin uzanmasına maraqlı olduğunu bir daha təsdiq edir. Zaman-zaman erməni təxribatçılara silah paylandı. Oradakı azərbaycanlı evlərinə məxsus inşaat materialları göz görə-görə, kameralar qarşısında oğurlandı. Erməni silahlı birləşmələrinin nəzarət etdiyi yerli yük avtomobil sürücülərinin görüntüləri Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayımlandı. Ermənilərin qondarma Dağlıq Qarabağda yaratmış olduğu “Artsax Respublikası”nın “bayrağı” rus sülhməramlılarla bərabər şəkildə sərgiləndi. Bütün bunlar Azərbaycanı qıcıqlandırmağa hesablanıb. Ölkəmizdən adekvat təxribat xarakterli bir cavab gözlənilir. Rusiyanın Azərbaycanda “5-ci kolon”unun olduğunu nəzərə alaraq, qarşıdurmanın yaşanmaması mümkün deyil. Rusiya cavabın müqabilində sülhməramlıların 5 illik müddətini, bəlkə də, 15 il daha uzatmağa niyyətlidir. Yəni rus hərbçiləri Qarabağla Ermənistan sərhədinə 5 il sonra çıxmaq üçün gəlməyib. Rəsmi Moskvanın məqsədi mümkün qədər atəşkəsi pozaraq, burada daha uzun müddətə qalmaqdır. Nəticə etibarilə diqqətli olmalıyıq. Təxribatlara uymamalıyıq. Rusiyanın Azərbaycana qarşı törətdiyi qanunsuz əməllərə ancaq beynəlxalq hüquq çərçivəsində cavab verilməlidir. Onların provokasiyalarına reaksiya versək, qarşımızda ermənilər yox, rusları görəcəyik. Ruslarla da "baş aparmaq" Ukrayna, Gürcüstan nümunəsindən gördüyümüz qədərilə çətin məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə