Soçi görüşünə az qaldı!
Yusif Nəzərli
02:43 29.07.2022
Siyasət
873
"Ərdoğanla Putinin gündəliyi zəngindir"
"Türkiyə Rusiya ilə bir çox məsələlərdə anlaşacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya səfər edəcək. Nəzərə alsaq ki, iyulun 19-da Astana üçlüyünün Tehran sammitində tərəflər razılığa gələ bilmədi. Ərdoğanın avqustun 5-də Rusiyaya səfər etməsi diqqət çəkir. Əslində Tehran sammitində tərəflər arasında bir yox, bir neçə mövzu müzakirə edilib. Bu mənada İran Rusiya və Türkiyənin bir yox, bir neçə mövzuda ortaq məxrəcə gələ bilmədiyini deyə bilərik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Ali dini lider Seyid Əli Xamenei ilə görüşdə Ankara və Tehranın hansı məsələlərdə razılaşmadığı, fikir ayrılığı yaşadığı bəlli oldu. Görüş sonrası Suriya və İraqda baş verən hadisələr də bunu təsdiqləyir. Rəsmi Ankara buna görə də Moskva ilə uzlaşma yolları aramağa qərar verib.
"Sherg.az"a danışan siyasi şərhçi Turan Rzayevə görə, prinsip etibarilə Türkiyənin İrandan çox Rusiya ilə uzlaşması daha realdır: “Düzdür, tərəflərin Ukrayna, Suriya, Liviya, Ermənistan, Azərbaycan münaqişələrində fərqli maraq və mövqeləri olsa da biz praktikada tərəflərin gərginlik həddinə gələcək situasiyaya da səbəb olduğunu müşahidə etməmişik. Hesab edirəm, Soçidə baş tutacaq görüşdə Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizi, Suriya məsələsi və Rusiya-Ukrayna müharibəsilə bağlı müzakirə aparacaq. Xüsusilə də bu məsələlərdən taxıl dəhlizi hazırda daha aktualdır. Görüş öncəsi belə xəbərlər yayıldı ki, Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər. Rusiyanın Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatları ilə yaxından maraqlandığı əslində bilinən bir fakdır. Əslində təkcə Rusiya deyil, ABŞ, Almaniya, Çin, hətta İran da “Bayraqdar” pilotsuz uçuş aparatları ilə yaxından maraqlanır. Rusiyanın “Bayraqdar” ilə yaxından maraqlanmağı, şübhəsiz, davam edən və uzanan Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Bu həm də ondan xəbər verir ki, Rusiya ordusunun itkiləri rəsmi məlumatlara nəzərən daha çoxdur. Kreml müharibədə ciddi nailiyyətlər əldə etsə də müharibənin gözləniləndən uzun davam etməsinin bir digər səbəbi də Ukrayna ordusunun arsenalında “Bayraqdar” pilotsuz uçuş aparatlarının olmasıdır. Kreml bu fərqi aradan qaldırıb üstünlüyü artırmaq istəyir”.
Ekspertə görə, Türkiyənin Rusiya ilə birgə “Bayraqdar” istehsal etməsi prinsip etibarilə mümkündür: “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”. Ərdoğan da bənzər formada qeyd edib ki, “Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Baykar” şirkəti ilə birgə işləmək istəyir”. Digər tərəfdən, Rusiya Türkiyəyə S-400 raketləri satıb. Bundan başqa rəsmi Moskva ilə Ankara arasında S-500-in birgə istehsalına dair razılaşma da var. Bu mənada Ankaranın Kremlin bu istəyinə yox deyəcəyini düşünmürəm. Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiya ilə birgə istehsalına dair razılaşma əldə olunsa, bu, rəsmi Ankaranın Suriyanın şimalında başlatmaq istədiyi antiterror əməliyyatları üçün də əlavə dividendlər yarada bilər. Ehtimal razılaşmanın Türkiyə-Ukrayna münasibətlərində gərginlik yaradacağını düşünmürəm. Prinsip etibarilə Türkiyə müharibənin əvvəlindən Ukraynaya həm "Bayraqdar" PUA-ları verir. Həm də PUA-ların texniki baxışı və istifadəsi üçün kadr hazırlığı keçir. Bu, Rusiya-Türkiyə münasibətlərini pozmur, eynilə Ukrayna ilə münasibətləri də pozmamalıdır. Rəsmi Ankara faktiki olaraq Rusiya-Ukrayna müharibəsində tərəfsiz olduğunu deyib və hazırda tərəfləri uzlaşdırmağa çalışan ən konstruktiv ölkədir. Bunu həm rəsmi Kiyev, həm də rəsmi Moskva bilir. Bu mənada imzalanacaq ehtimal razılaşmanın Türkiyə-Ukrayna münasibətlərində gərginlik yaradacağını düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə