Azadlığa buraxılan sabiq gömrükçülər yenidən həbs olunublar
Azadlığa buraxılan sabiq gömrükçülər yenidən həbs olunublar
Yusif Nəzərli
08:46 29.07.2022
Cəmiyyət
418
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza və bəraət alan Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barəsində verilmiş protestə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev üç il, Ceyhun Şabanov isə iki il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.
Orxan Zöhrabov, Sadiq İsgəndərov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası isə üç ay artırılaraq beş il üç aya qaldırılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılan işlə bağlı Ceyhun Şabanova beş il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə