Bakıda sığınacaqların sayı çox azdır
Yusif Nəzərli
20:28 29.07.2022
Cəmiyyət
806
Küçə uşaqları hər an cəmiyyət üçün təhlükə mənbəyidir
İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimovanın sözlərinə görə, Komitə həmin məsələləri araşdırıb: "Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür”.
Komitə rəsmisi açıqlamasında maraqlı məsələyə diqqət çəkib. Elə uşaqlar var ki, əxlaqsız həyat tərzi yaşayır, bəziləri cinsi zorakılığa məruz qalanlardır. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmirlər. Bu, ciddi problemdir.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədainin “Şərq”ə açıqlamasına görə, qədim dövrlərdən bəri mövcud olan, lakin qloballaşan dünyada universal problemə çevrilən küçə uşaqları fenomeni bütün cəmiyyətləri ciddi təhlükə ilə üz-üzə qoyan mühüm məsələdir:
“Küçə uşaqları problemi məişət zorakılığı, uşaqlara qarşı hər cür zorakılıq, kənddən şəhərə köç, yoxsulluq kimi bir çox sosioloji problemlər ortaya çıxarır. Qeyd olunan səbəblərdən küçəni evdən üstün tutanlar və ya küçədə işləmək məcburiyyətində qalanlar, yəni “küçə uşağı”na çevrilmiş uşaq hər cür təhlükə ilə iç-içə qeyri-adi bir həyat yaşayır, ailə bağları zəifləyir, vaxt itirilir, narkotik maddədən sui-istifadə riski ilə üzləşir. Bu baxımdan həm özləri, həm də cəmiyyət üçün ciddi təhlükə doğururlar. Təbii ki, belə olduğu halda təhsildən də yayınırlar.
Küçə uşaqları problemi ilə bağlı həyata keçirilən siyasətlər bütün dünyada çox önəmlidir. Yaxşı olardı ki, ölkəmizdə də onlarla bağlı xüsusi bir siyasət, fəaliyyət proqramı olsun. Çünki onların özləri və cəmiyyət üçün təhlükəsinin miqyası günü-gündən artır”.
Sevinc xanımın sözlərinə görə, Taliyə İbrahimovanın diqqət çəkdiyi problemin, yəni sığınacaqların əxlaqsız həyat tərzi yaşayan uşaqları qəbul etməməsinin səbəbi budur: “Bu gün küçə uşaqları potensial cinayətkar kimi görünür, həmçinin onlara qarşı çoxlu üstü açılmamış cinayətlər törədilir. Bizim sığınacaqlar da məhdud saydadır və həmin sığınacaqlar zorakılığa məruz qalmış çarəsiz qadınları, təhlükədə olan qız uşaqlarını və cinsindən asılı olmayaraq azyaşlı uşaqları qəbul edir. Sığınacaqda qız uşaqlarının, xüsusilə reabilitasiya keçən həssas bir qrupun məskunlaşması sözügedən həyat tərzi sürən uşaqların qəbuluna imkan vermir.
Bu uşaqları təhlükədən xilas etmək, yaşatmaq üçün sosial, iqtisadi, mədəni və təhsil araşdırmalarının aparılması lazımdır. Eyni zamanda, bu problemin yaranmasına səbəb olan amillər minimuma endirilməlidir.
Küçədə yaşayan və çalışan, təhlükə altında olan uşaqlar üçün xüsusi sığınacaqlar yaradılmalı, onlarla xüsusi bir proqram üzrə psixoloqlar, həkimlər, pedaqoqlar məşğul olmalıdır. Bu, həmin uşaqları həm özlərinə, həm də cəmiyyətə qazandıracaq. Küçə uşaqları problemi vicdan və mənəviyyat məsələsi olmaqla yanaşı, cəmiyyətin bəzi təbəqələrinin mübarizəsi ilə bağlıdır. Bu, sosial bir hadisədir. Buna görə də bu fenomenin sosial mənşəyinə müraciət etmək lazımdır”.
S.Fədainin fikrincə, durumun bu yerə gəlib çıxmasına səbəb həm də təbəqələşmə - varlılarla yoxsullar arasında uçurum, iqtisadi çətinliklər, ailə münaqişələri, tək anaların çətinlikləri, bununla bağlı uşaqlara xidmət göstərəcək qurum və təşkilatların məhdud sayda olmasıdır:
“Ona görə də, ilk növbədə, bu tipli müəssisə və qurumların, vəqflərin, reabilitasiya mərkəzlərinin yaradılmasına, həmçinin onlarla işləyəcək mütəxəssislərin yetişdirilməsinə yönəlik addımlar atmaq, araşdırmalar və layihələr həyata keçirmək lazımdır. Bu uşaqların, ilk növbədə, qorunmağa, hər mənada sağalmağa, daha sonra təməl dəyər və həyat bacarıqları qazanmağa, təhsil almağa ehtiyacları var. Bunu da etmək hazırda mövcud olan sığınacaqların imkanları çərçivəsində deyil. Buna dövlətin dəstəyi ilə müvafiq qurumların koordinasiyalı işi nəticəsində nail olmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual