Hər birimiz ayıq-sayıq olmalıyıq
Hər birimiz ayıq-sayıq olmalıyıq
Yusif Nəzərli
13:29 30.07.2022
Gündəm
679
Millət vəkili: "5-ci kolonun nəzarətində olan saytlar cəmiyyətdə panika yaradırlar"
“Reket jurnalistikası cinayətkar fəaliyyətdir”. Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib. O qeyd edib ki, bəzən sosial media istifadəçiləri, yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı “hüquqşünas” kimi hesab edirlər, hüquqi məsələlərlə bağlı qəti fikirlər yürüdürlər. Baş prokurorun sözlərinə görə, bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir: “Hüquqi məsələlər, sübutlar, sübutların təhlili, qiymətləndirilməsi ilə bağlı müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən kifayət qədər çoxşaxəli dəyərləndirmə həyata keçirilir.
İncəlikləri, sübutları bilmədən, o cümlədən şərti olaraq “Tərtər işi” kimi işlərlə bağlı bəzən bu cür fikirlərin yürüdülməsi yolverilməzdir. Hesab edirəm ki, bu sahədə müəyyən tədbirlər planı hazırlamalıyıq və onu jurnalistlərlə, media orqanları ilə birlikdə həyata keçirməliyik”. Kamran Əliyev vurğulayıb ki, “reket jurnalistikası” yalnız jurnalistikaya aid deyil: “Reket jurnalistikası da şərti termindir. Əslində, burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bəzən jurnalist fəaliyyətindən istifadə etməklə, yaxud da jurnalistlərin öz fəaliyyəti zamanı bu hallar baş verir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən sosial media istifadəçiləri tərəfindən də bu kimi hallara yol verilir. Konkret olaraq qanunda bunun adı hədə-qorxu ilə tələb etmə adlanır. Belə hallar yolverilməzdir. Artıq bu, jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Bu kimi faktları aşkarlayıb, şəxsləri məsuliyyətə cəlb edirik”.
Baş prokurorun diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib ki, Azərbaycan jurnalistikası böyük, keşməkeşli yol keçib. Parlament üzvü bildirib ki, müstəqilliyimiz yenicə bərpa olunduğu illərdə bir çox “reket jurnalistlər” müxtəlif vasitələrlə insanlara şər-böhtan ataraq onlardan öz şəxsi mənafeləri üçün istifadə edirdilər:
“Azərbaycan hüquqi-demokratik dövlət kimi inkişaf yolunu qət etdikcə, bu istiqamətdə də mühüm tədbirlər görüldü. Son illərdə “Media haqqında” qanunun qəbul olunmasını, o cümlədən Media İnkişaf Agentliyinin yaradılmasını və digər çoxsaylı addımları göstərmək olar. Çox təəssüf ki, hələ də “reket jurnalistika” var və onlar öz qaragüruh fəaliyyəti ilə çalışırlar ki, ayrı-ayrı şəxsləri şantaj etsinlər. Ona görə də durmadan şər-böhtan kampaniyası aparırlar. Bəzi saytlarda, həmçinin sosial şəbəkələrdə də bu, öz əksini tapır. Düşünürəm ki, bunun arxasında böyük ölçüdə anti-Azərbaycan qüvvələrin fəaliyyəti durur. Xarici ölkələrdə oturaraq, özlərini “bloqer” adlandıranların, ermənipərəst qüvvələrə, anti-Azərbaycan dairələrə xidmət göstərənlərin, ölkədəki 5-ci kolonun nəzarətində olan bəzi saytların, “hüquqşünasların” insanları yanlış yönə sövq etməsi, təxribat xarakterli xəbərlərlə cəmiyyətdə panika yaratması yolverilməzdir. Belə şəxslər hüquq qarşısında mütləq cavab verməlidir. Azərbaycan Ordusuna, bütövlükdə dövlətçiliyimizə qarşı şər-böhtan kampaniyasının aparılması, ayrı-ayrı ictimai şəxslərin qaralanması, şəhid ailələrindən və qazilərdən çirkin məqsədlər üçün istifadə cəhdləri olduqca təhlükəli tendensiyadır. Son günlər ordumuz haqqında yanlış dezinformasiyaların yayılması da “reket jurnalistika”nın tərkib hissəsidir”.
Deputat əminliklə vurğulayıb ki, bu cəhdlərin arxasında anti-Azərbaycan dairələrin nökərinə çevrilmiş radikal qüvvələr dayanır:
“Xaricdə öyrədilərək daxilimizə göndərilmiş və “ictimai fəal” kimi ortalığa atılmış ünsürlərin, ermənipərəst dairələrin nəzarətində olan şəbəkələrin fəaliyyətinin əsas məqsədi güclü Azərbaycanın qurulması istiqamətində atılan böyük addımları, xalqımızın həmrəyliyini pozmaqdır. Xalq-iqtidar birliyinə yönəlmiş cəhdlərdir. Buna qarşı cəmiyyət olaraq hər birimiz amansız mübarizə aparmalı, ayıq-sayıq olmalıyıq. Digər tərəfdən hüquqi tənzimləmələr olmalı, belə şəxslərə qarşı hüquqi müstəvidə mübarizə aparılmalıdır”.
Oxşar xəbərlər
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
17:30 15.11.2026
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual