Azərbaycan, Özbəkistan və Türkiyə ilk dəfə üçtərəfli danışıqlar aparacaqlar
Yusif Nəzərli
09:06 01.08.2022
Aktual
486
Avqustun 2-də Daşkənddə Türkiyə-Özbəkistan-Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi xəbər verib.
Məlumatda deyilir ki, üçtərəfli mexanizm çərçivəsində Xəzərdən keçən Şərq-Qərb mərkəzi dəhliz başda olmaqla üç ölkənin ortaq gündəmində olan məsələlərdə koordinasiya və əməkdaşlığın artırılması hədəflənib.
Xəbəri həmçinin Özbəkistan prezidentinin sözçüsü Şerzod Əsədov təsdiqləyib və bildirib ki, belə bir görüş ilk dəfə keçiriləcək.
“Bu, tamamilə yeni mexanizmdir”, - deyə o, vurğulayıb.
Ş.Əsədov danışıqların üç dövlətin prezidentlərinin razılaşmalarına uyğun olaraq təşkil edildiyini xatırladıb.
“Danışıqların gündəliyinə regionlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi, investisiya, innovasiya, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri daxildir”, - deyə prezidentin sözçüsü əlavə edib.
O da qeyd edilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlunun səfər çərçivəsində prezident Şavkat Mirziyoyev tərəfindən qəbul ediləcəyi gözlənilir.
Mənbə: Gazeta.uz
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual