
BNA ictimai nəqliyyatı çökdürüb! – Sürücüsü narkoman, sərnişini yollarda...
Yusif Nəzərli
14:06 01.08.2022
Cəmiyyət
675
Elməddin Muradlı: “Nə vaxt ki, avtobus parkı təzələnəcək, qarajlar olacaq, sürücü reysə çıxmazdan əvvəl tibbi müayinədən keçiriləcək, avtomobil texniki baxımdan yoxlanılacaq, o zaman neqativ situasiyalar aradan qalxacaq"
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları narkotik maddənin təsiri altında avtobus idarə edən şəxsi saxlayıblar.
Nazirlikdən bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları “İsuzu” markalı, 90-RB-466 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Məhərrəmov Nicat Məmməd oğlunun sənədlərini yoxlayarkən sürücünün hərəkətləri şübhə doğurub. Onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı N.Məhərrəmov narkotik maddə qəbul etməsi müəyyən edilib. O özü də narkotik istifadəçisi olduğunu etiraf edib.
N.Məhərrəmov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Məhərrəmov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs edilib.

Nəqliyyat məsələləri üzrə ekspert, “Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı "Sherg.az"a açıqlamasında bildirib ki, avtobuslarda sürücülərin tibbi müayinəsi ciddi şəkildə həyata keçirilməlidir:
"Belə halların qarşısını almaq üçün nəzarət mexanizmi güclü olmalıdır. Çox təəssüf ki, hələ də Bakı və ətraf kənd, qəsəbələrdə avtobus, mikroavtobus sürücülərinin təxminən 50 faiz üzəri diqqətdənkənardır. Onlar nəqliyyat vasitəsilərini şəxsi əmlakı kimi idarə edir, qaraja aparmır.
Yeyir, içir, spirtli içki, narkotik qəbul edir və xidmətə çıxır. Sərnişindaşınmanın verdiyi üstünlüklərdən istifadə edib, qayda pozuntularına yol verirlər. Fikirləşir ki, onsuz da yol polisi içi sərnişin dolu marşrutu saxlamır. Yaxşı haldır ki, yol polisləri artıq belə durumlara qarşı diqqəti gücləndirilib.
Ona görə də həmin sürücülər daha rahat əllərini, qollarını sallayıb, gəzməsinlər.
Gec-tez hamısı aşkarlanacaq, cinayətə cəlb olunacaqlar. Sadəcə qanunvericilikdə müəyyən qədər boşluqlar var. Spirtli içkinin təsiri altında olmaqla narkotik maddənin büruzə verdiyi vəziyyət arasında çox fərq var. Adam narkotik aludəçisi olduğunu etiraf edir.
Demək ki, həmin sürücü ümumiyyətlə, cəmiyyətdən təcrid edilməlidir. Xüsusilə də ictimai nəqliyyatın sükanı arxasına keçdiyini nəzərə alaraq, uzunmüddətli həbs cəzası verilməlidir. Başqa insanların həyatına təhlükə yaratdığına görə, haqqında ölçü götürülməlidir. Həmçinin avtobuslar yenilənməlidir. Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyat vasitələrini inkişaf etdiririk, deyə-deyə çökdürüb.
Bu gün insanlar yollarda, küçələrdə qalıb. Nə vaxt ki, avtobus parkı təzələnəcək, qarajlar olacaq, sürücü reysə çıxmazdan əvvəl tibbi müayinədən keçiriləcək, avtomobil texniki baxımdan yoxlanılacaq, o zaman neqativ situasiyalar aradan qalxacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual