ABŞ Senatının Qarabağa maliyyə ayırması qəbuledilməzdir
Yusif Nəzərli
08:20 02.08.2022
Qarabağ
857
Rəsmi Bakının prosesin qarşısını alması üçün ilin sonuna qədər vaxtı var
ABŞ Senatı 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. 2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi bununla kampaniya aparacaqlarını açıqlamışdı. Görünür, erməni diasporu istəyinə nail olub.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, qanun layihəsi tövsiyə xarakteri daşıyır. Ekspertə görə, mümkündür ki, Bayden Administrasiyası gələn ilin büdcəsində Qarabağa maliyyə yardımı ayrılmasına razılaşmasın:
“Hərçənd, Senatın bu qərarı ABŞ kimi bir ölkənin lobbi qruplarının əlində qaldığının da nümunəsidir. Burada dəyişən siyasi maraqlar da rol oynayır. İstisna deyil ki, son günlər “Minsk qrupu”nu yenidən gündəmə gətirən Vaşinqton Bakıya qarşı bu kartı da aktual olaraq saxlayır. Qarabağa maliyyə ayrılması, ümumiyyətlə, bununla bağlı istənilən qərar isə separatçı-terrorçu rejimin de-fakto qəbul edilməsi deməkdir. Rəsmi Bakının prosesin qarşısını alması üçün ilin sonuna qədər vaxtı var. Maraqlı məqamlardan biri 44 günlük müharibədən sonra “minaların təmizlənməsi” və “humanitar dəstək” adı ilə Qarabağa ayrılan Amerika dollarlarının kimlər tərəfindən xərclənməsidir?”.
Analitik bildirib ki, müharibədən öncə bu pullara separatçı-terrorçu rejim nəzarət edirdi:
“Müharibədən sonra isə Qarabağda separatçı-terrorçu rejimin qaldığı ərazilərdə Rusiya sülhməramlılarının “hakim” olduğu bəllidir. İstisna deyil ki, ruslar bu pulların xərclənməsində də hansısa formada iştirak edirlər.
ABŞ Rusiya ilə qobal səviyyədə müharibə aparsa da, Qarabağda eyni ilə - separatçılığın müdafiəsinə oynadığı rol aydın görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual