Ermənistanda ekoloji fəlakət heyvanları kütləvi şəkildə məhv edir
05:02 07.08.2022
Dünya
801
Ermənistanın bir sıra rayonlarında su hövzələrinin çirklənməsi, sənaye tullantılarının atmosferə atılması çöl quşları üçün əsl fəlakətə çevrilib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Ermənistanda kirli quşlar, o cümlədən leylək problemi artıq üçüncü ildir, aktualdır. Ekoloqların və fəalların həyəcan təbilinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb.
Çöl quşların əsasən məskən saldığı Ararat və Armavir bölgələrində tez-tez heyvanların yapışqan palçıqdan qaraldığını, demək olar, hərəkətsiz olduğunu görmək olar.
Zooloq Manuk Manukyan bildirib ki, onlar bu vəziyyətdə çox yaşaya bilməzlər.
Onun sözlərinə görə, quşların kirlənməsinin əsas səbəbi quşçuluq təsərrüfatlarının, ayrı-ayrı qida sənayesi müəssisələrinin, balıqçılıq təsərrüfatlarının ətraf mühitə atdıqları tullantılardır.
Hələ ötən il Ekologiya Nazirliyi tərəfindən aparılan yoxlama zamanı leyləklərin çirklənmə halları qeydə alınsa da, bunun səbəbləri heç bir yerdə aradan qalxmayıb.
Ekspert qeyd edib ki, təkcə son iki ayda nazirliyin nəzdindəki təftiş orqanı tərəfindən 4 quş tələfatı qeydə alınıb. Onların səbəbləri təkcə çirklənmə və hərəkət edə bilməmək deyil, həm də xəsarətlərdir. Uçmağı bacarmayan bala leyləklər böyüsələr də, kirləndiklərindən tez-tez yuvalarından düşürlər.
Manukyan qeyd edib ki, quşları yerindəcə yumaq mümkün deyil, onlar xüsusi ərazilərə daşınmalı və yuyulması üçün xüsusi nəzərdə tutulan maddələrdən istifadə edilməlidir. Onun sözlərinə görə, ən çox leylək balaları kirlənir. Səbəblərdən biri suyun sıçramasıdır.
Yayın istisində dişi leylək balalarını sərinlətmək üçün dimdiyinə su gətirir və onlara səpməyə başlayır, yaxınlıqdakı su anbarlarının suyu adətən çirkli, sənaye tullantılarından yağlı olur. Bu da quşların kirlənməsinə səbəb olur.
Qeyd edək ki, Almaniya Təbiəti Mühafizə İttifaqının (NABU) filialı 2020-ci ildən bu quşların Ermənistandakı vəziyyətini, yayılma ərazisini, təqribi sayını və s. öyrənmək məqsədilə monitorinqlər aparıb. Ötən il aparılan monitorinqlərin nəticələrinə görə, quşların təxminən 60 faizinin kirləndiyi qeydə alınıb.
Ermənistandakı ekoloji fəlakət qonşu Azərbaycan və Gürcüstan üçün də problemlər yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı