
İngiltərə dini qruplaşmanın qarşısını ala bilməyib, yoxsa...?! – “Kartlar” açılır!
Yusif Nəzərli
13:21 10.08.2022
Aktual
704
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı danışıb.O, bidirib ki, Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir:
“Bizə Böyük Britaniyanın müvafiq orqanlarından ilkin məlumat verilib.Həmin qurumlar Azərbaycan səfirliyinə hücumun araşdırılması ilə çox ciddi məşğuldurlar.
Birləşmiş Krallığın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.Onunla hərtərəfli,ciddi söhbətimiz olub.Birinci məsələ və bizim Böyük Britaniyadan əsas gözləntimiz ilk növbədə Azərbaycana qarşı belə halların təkrarlanmamasına dair zəmanətlərin verilməsidir.Bu Birləşmiş Krallığın Vyana Konvensiyasına əsasən öhdəliyidir. Diplomatik missiyaların, diplomatların təhlükəsizliyinin, toxunulmazlığının qorunması Vyana Konvensiyasının əsasən,hər bir qəbul edən tərəfin birbaşa məsuliyyətidir”.

Hərbi-siyasi ekspert Həşim Səhrablı XİN başçısının Britaniya hökumətinə çağırışını “Sherg.az”dəyərləndirib:
“Azərbaycan səfirliyi hücuma məruz qalan tərəfdir. Ceyhun Bayramov məsələyə yerində münasibət bildirib. Azərbaycan tərəfi hər bir ölkədən öz səfirliklərinin təminatını almalıdır. İstər İngiltərə, istərsə də başqa bir ölkə hər hansısa bir xarici ölkənin öz ölkəsində səfirlik açmasına icazə verirsə, diplomatik əlaqələr qurursa, demək, o ölkənin ordakı səfirliyinin təhlükəsizliyini də beynəlxalq hüquq səviyyəsində öz üzərinə götürməlidir. İngiltərənin də belə bir məsuliyyəti var. Ordakı Azərbaycan diplomatlarının təhlükəsizliyi İngiltərə dövlətinin üzərindədir. Bunun üçün onlara xüsusi müraciət etməyimizə də ehtiyac qalmamaldır”.
Ekspert diqqətə çatdırıb ki, belə hadisələrdən heç bir ölkə sığortalanmayıb:
“Görünən odur ki, İngiltərə kimi güclü bir dövlət də özlərini dini qruplaşma üzvü sayan şəxslərin qarşısını ala bilməyib. Bundan sonra təkrar bu halın yaşanma ehtimalı da var. Belə hadisələrin bir daha baş verməyəcəyinə zəmanət vermək olmur.
Ümid edirəm ki, İngitərə tərəfi C.Bayramovun bu çağırışından sonra həm Azərbaycan, həm də digər ölkə səfirliklərinin təhlükəsizliyi ilə bağlı məsələlərə daha həsas yanaşacaq”.
H.Səhrablının sözlərinə görə bu hal təkrarlansa belə İngiltərənin buna qəsdən şərait yaratdığını deyə bilmərik:
“Çünki təhlükəsizlik məsələlərində bəzən nələrsə gözdən qaça bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya