TÜRKSOY-un Baş katibi:“Ermənistanın tarixi-mədəni irsə davranışı qeyri-insanidir”
Yusif Nəzərli
12:44 21.01.2023
Aktual
637
“Mədəni mirası məhv etmək, başqa ölkənin torpaqlarını qəsb etmək qeyri-insani münasibətdir”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.
O, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurdakı füsunkar təbiətə, coğrafiyaya və tarixi-mədəni abidələrə zərər verməsini işğalçı dövlətin məğlubiyyəti kimi qiymətləndirib.
Baş katib vurğulayıb ki, ermənilərin mədəni mirasa bu cür davranışı başqa xalqın mədəniyyətinə hörmətsizlikdir: "30 il Qarabağı qəsb edib əsarət altında saxlayıblar, sonra da çıxarkən hər şeyi dağıdıb xarabaya çeviriblər. Bu, yaşadığımız müasir dünyada dəhşətli bir əməldir. Düşünürəm ki, onlar bu ərazilərin onların vətəni və torpağı olmadığını bilirdilər. Hətta bilirdilər ki, zaman gələcək bu torpaqları geri vermək məcburiyyətində qalacaqlar".
İndiyədək dörd dəfə Qarabağa səfər etdiyini söyləyən Sultan Rayev bildirib ki, Şuşanın təbiəti onu valeh edib: "Şuşada Bülbül, Üzeyir Hacıbəyli, Natəvanın heykəllərini gördüm. Əgər insan hətta heykəlləri belə güllələyirsə, bu əməli ifadə etməyə söz tapmaq olmur. Allaha şükürlər olsun ki, ədalət öz yerini tapdı. Deməli, bu onların başqasının haqqına sahib çıxmaq cəhdlərinin boş olduğunu, məğlub olduqlarını sübut edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya