Türkiyəyə turist axını gözləniləndir?
Yusif Nəzərli
02:36 22.02.2023
İqtisadiyyat
623
Zəlzələnin psixoloji təsirindən çıxmaq üçün hələ vaxt var, vəziyyət qaydasına düşəcək
Turizm şirkətlərinin Türkiyə səyahətlərinə endirimlər etdiyi bildirilir. Buna səbəb mərkəzi Kahramanmaraş olmaqla 10 bölgəni sarsıdan dəhşətli zəlzələ göstərilir və məlum fəlakətin turist axınını azaldacağı qeyd edilir. Turizm şirkətlərinin mümkün ziyanı gözə alaraq tur-paketlərə indidən endirim etməyə başladığı deyilir. Məsələ ilə bağlı "Trend"ə açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, zəlzələ bölgəsi Türkiyənin əsas turistik rayonlarından uzaq olsa da, bu ölkəyə turist axınına təsirsiz ötüşməyəcək. "Amma insanlar Türkiyədə əsasən yay aylarında istirahət edirlər, yəni zəlzələnin psixoloji təsirindən çıxmaq üçün hələ vaxt var. Problem yaransa belə forsmajor qaydalarına uyğun olaraq turizm şirkətlərinə tur-paketlərin ləğvi barədə məlumat göndərilir. Müştərilərin ya pulu qaytarılır, ya da növbəti tura təxirə salınır. Hazırda bizim fevralın 23-nə İstanbula qrup turumuz var. Hələ ki heç bir problem yaşanmayıb. Əgər hər hansı problem yaranarsa, aviaşirkətlər sərnişinlərin pulunu cəriməsiz qaytarırlar", - turizm eksperti deyib. Ə.Şiriyev bildirib ki, turist axınını təmin etmək üçün endirimlər də gözləniləndir: "Dünyanın bir çox ölkələrindən Türkiyəyə turist axını var. Ancaq hər bir halda zəlzələ Türkiyənin turizm sektoruna təsirsiz ötüşməyəcək və azalmalar müşahidə olunacaq. Hazırda Azərbaycanda fəaliyyət göstərən tur-firmalar zəlzələdən sonra Türkiyəyə olan paketlərə endirim edirlər. Bunun da əsas səbəbi tələbatın əvvəlki kimi yüksək olmamasıdır".
Ekspert Türkiyəyə səyahət paketlərində endirimlər edildiyini bildirsə də, Azərbaycan turizm şirkətləri güzəştlər barədə hələ düşünmür. Dünən turizm şirkətlərinin bir neçəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, tur-firmalar Türkiyə səfərləri üçün sifarişlər qəbul edir. Məsələn, “Avantage travel” şirkətində hazırda Antalyaya tur-səyahət bir nəfər üçün 600-800 ABŞ dolları (6 gecə, 7 gündüz) məbləğindədir. Məbləğ otelə, günlərin sayına görə dəyişə bilir.
Antalyanın zəlzələ bölgəsi olmadığını vurğulayan şirkət əməkdaşı sifarişlərin qəbul edildiyini bildirdi. Tur-firma əməkdaşı qeyd etdi ki, zəlzələ bölgəsi sayılmayan ərazilərə, xüsusilə yay mövsümü üçün əvvəlcədən sifarişlər qəbul edilir. Yenə də əraziyə görə qiymətlər fərqlidir.
Türkiyənin ən çox ziyarət edilən turistik istirahət bölgələri – Bələk, Alanya, Antalyaya qiymətlərdə fərq var. Endirim barədə isə turizm şirkətləri hələ düşünmür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya