Sorğunun nəticələri gələcəyi göstərir
Sorğunun nəticələri gələcəyi göstərir
Yusif Nəzərli
21:24 22.02.2023
Aktual
583
Ən önəmli məsələ yaşları 18-24 arasında olanların 84 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanmasıdır
Sosial Tədqiqatlar Mərkəzi Qərbi Azərbaycan İcmasının fəaliyyəti və "Qayıdış Konsepsiyası" ilə bağlı cəmiyyətin münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirib. İctimai rəy sorğusunda respondentlərə “Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız” sualı ünvanlanıb. Respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib. Ümumi nəticələr insanların 74.6 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərib. Sorğu nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79 faizi, qadınların isə 71 faizi qayıdışın baş tutacağına inandığını bildirib. Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanması bu istiqamətdəki dinamikanın müsbət seyri baxımından əhəmiyyət təşkil edir. Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soy-kökünə bağlılığını öyrənmək baxımından yaş qrupları da mühüm amildir. Sorğuda iştirak edən 18-24 yaş qrupunda olan respondentlərin 84 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını ifadə edib. Yekun nəticənin yüksək olması vətənpərvərlik və milli ruhun təcəssümünü göstərir.
Millət vəkili Sahib Alıyev sorğunu dəyərləndirərkən bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycana qayıdışla bağlı keçirdiyi sorğu göstərdi ki, rəyi öyrənilənlərin dörddə üçü bunu mümkün sayır. Onların az qala yarısı, 46,5 faizi isə tam əmindir ki, biz öz yurd yerlərimizə dönəcəyik:
"Açıq deyək ki, bu əminlik ilk növbədə müzəffər Ali Baş Komandanımızın ortaya qoyduğu iradədən və dövlətimizin qüdrətdindən doğur. Sorğunun nəticələri içərisində mənim ən önəmli saydığım yaşları 18-24 arasında olanların 84 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanmasıdır. Bu rəqəm istər-istəməz Münhen Konfransında Prezident İlham Əliyevin 44 günlük savaşın aparıcı qüvvəsi olan həmin nəslin təmsilçiləri haqda dediklərini yada salır: "Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik". Bəli, bu sorğu da Azərbaycanda tarixi ədalətsizliklə nəinki barışmayan, onun nəticələrini də aradan qaldırmağa hazır olan bir nəslin yetişdiyini təsdiqləyir. Üzümü onlara tutub deyirəm ki, Qərbi Azərbaycanda görüşənədək!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya