Vahid bir konseptual sənəd ortaya qoyulacaq
Yusif Nəzərli
00:43 24.02.2023
Cəmiyyət
613
Süni intellektin inkişafı prioritet sahədir
“Azərbaycanın Süni İntellekt Strategiyası hazırlanıb. Layihə artıq aidiyyəti qurumlara göndərilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat verib. “Şərq”ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, bir xeyli müddətdir, RİNN -də Aİ Lab süni intellekt laboratoriyası da fəaliyyət göstərir: “Adıçəkilən layihənin hazırlanmasında bu laboratoriya Türkiyənin Rəqəmsal Transformasiya ofisinin də təcrübəsindən yararlanıb.
Yeri gəlmişkən, cari ilin əvvəli İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edildiyini açıqlamışdı.
Mərkəzdə IV Sənaye İnqilabı (Sİ) texnologiyaları üzrə İşçi Qrupu da yaradılıb.
Düşünmək olar ki, hər iki qurumun birgə təklifləri əsasında ölkədə süni intellektin inkişafı ilə bağlı vahid bir konseptual sənəd ortaya qoyulacaq.
Ümid edirəm, bu layihənin də taleyi Prezident Adiminstrasiyasına təqdim edilən digər konsepsiyaların taleyi kimi olmayacaq . Xatırladıram ki, rəqəmsal transformasiya və innovasiya sahəsi ilə əlaqəli çox sayda konseptual sənədlərin layihələri uzun müddətdir ki, təsdiqlənməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya