Nazir:"Ermənistan Azərbaycanın təklifini qəbul etməyib"
Yusif Nəzərli
13:55 24.02.2023
Siyasət
545
"Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib".
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən imtina edir: "Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Təbii ki, bu da Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Eyni zamanda dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi".
Nazir bildirib ki, məsələnin həlli üçün bəlli çağırışlar var: "Həll yollarından biri kimi Prezident Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərhədində sərhəd-buraxılış keçid məntəqələrinin qurulmasını təklif etmişdi.
Bu yolda şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki, üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır.
Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaşlardan təklifin sağlam olduğunu eşidirik. Lakin Ermənistanın xarici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən ölkəsi üçün məqbul olmadığını açıqladı. Hesab edirik ki, bu açıqlama Ermənistanın üçtərəfli bəyanatla bağlı öhdəliyini yerinə yetirməkdə maraqlı olmadığı mənasına gəlir. Laçın yolunda hansısa gərginliyin olmaması üçün verilən təklifdən imtina edir.
Ermənistan manipulyasiyalarla məşğul olmaq, beynəlxalq aləmdə çaşdırıcı məlumatların verilməsi ilə yanlış təsəvvür yaratmaq və lazımsız gərginlik yaratmaqda maraqlıdır".
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya