Professor Toğrul İsmayıl: Azərbaycan Türkiyə ilə birlikdə regionun geosiyasətini dəyişir
17:27 30.04.2023
Gündəm
650
Şuşa Bəyannaməsi əsasında müdafiə qabiliyyətini möhkəmləndirən Azərbaycan Türkiyə ilə birlikdə regionun geosiyasətini dəyişir. Ölkələrimizin əsas regional oyunçular kimi əhəmiyyəti artır və bizim icazəmiz olmadan bölgədə nəyisə dəyişmək artıq mümkün olmayacaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın seçkiqabağı kampaniyası dövründə Azərbaycan Prezidentinin İstanbula səfəri dəstək jestinin və heç bir çətinliyə baxmayaraq, ölkəmizin hər zaman Türkiyənin yanında olmasının, bu ölkəni və onun xalqını dəstəkləməsinin bariz nümunəsi oldu.
"Bu, həm də Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Prezident Ərdoğanın xalqımız qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin göstəricisidir. Təbii ki, bu jest dövlətlərimizin yaxınlıq səviyyəsini nümayiş etdirərək, həm də müəyyən beynəlxalq əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti ictimaiyyət qarşısında çıxış edərək iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi barədə danışdı. Dünyanın müxtəlif dövlətlərinə və region ölkələrə, o cümlədən qonşu ölkələrə Azərbaycan-Türkiyə dostluğunun ciddi və əbədi olması mesajı bundan ibarətdir", - deyə həmsöhbətimiz bildirib.
Ekspert deyib ki, Türkiyə hərbi sənayesinin müasir texnoloji inkişafı Azərbaycan üçün xüsusi strateji əhəmiyyətə malikdir. Çünki Qarabağda hərbi əməliyyatlar zamanı digər müasir hərbi texnologiyalarla yanaşı, Azərbaycan məhz “Bayraktar” dronlarından da istifadə edib və bu müharibə üsulu bütün dünya üçün örnək olub.
T. İsmayıl, həmçinin vurğulayıb: "Azərbaycan üçün Türkiyə ordusu modelinin tətbiqi də vacibdir. Bu, XXI əsrin müasir ordusudur. Bundan əlavə, Azərbaycan Prezidenti "TEKNOFEST"də bildirdi ki, bu gün Türkiyə hərbi sənayesi sürətlə inkişaf edir və öz parametrlərinə görə digər analoqlardan üstün olan müasir dronlar, tanklar, helikopterlər və gəmilər istehsal edir. Təbii ki, Azərbaycan öz Ordusunun quruculuğunda Türkiyə modelini tətbiq etməklə və bu hərbi-texnoloji yeniliklərdən istifadə etməklə gücünü artırmaqla yanaşı, müasir Silahlı Qüvvələr də yaradır. Bu gün Azərbaycan Ordusu postsovet məkanında, hətta demək olar Avrasiya regionunda ən güclü ordulardan biridir. Bundan başqa, Azərbaycanda "Bayraktar" Mərkəzinin yaradılması bir tərəfdən birgə fəaliyyətimizi gücləndirəcək, digər tərəfdən Ordumuzun yeni texnoloji təchizatını gücləndirməyə imkan verəcək. Müasir “Kızılelma” PUA-larının alınması da Azərbaycanın müdafiə qabiliyyətinin inkişafına müsbət təkan olacaq".
Azərbaycan Prezidentinin irəli sürdüyü "Bir millət, iki dövlət, bir yumruq" tezisinə də toxunan politoloq bildirib ki, bu şüar vahid strategiyanı, vahid təhlükəsizlik anlayışını, iqtisadi mənada yaxınlaşmanı, dəyişən dünya və regional təhlükəsizlik sahəsində qeyri-sabit vəziyyət fonunda ölkələrin mövqelərinin vəhdətini və həmrəyliyini əks etdirir. “Beləliklə, Azərbaycan və Türkiyə yeni reallıq yaradır, regionda təhlükəsizlik üçün mümkün riskləri qabaqlayırlar”, - deyə türkiyəli professor əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm