Paşinyanın bəyanatı prosesləri pozmağa hesablanıb - Politoloq
11:00 02.06.2023
Siyasət
925
"Biz deyirik ki, Azərbaycana kəndləri qaytarmağa hazırıq. Bəs siz Ermənistana torpaqları qaytarmağa hazırsınızmı? Razısınızsa, onda elə bu dəqiqə mübadilə edək". Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib.
"Bizim hər zaman nəsə vermək haqda arzulamağımız doğru deyil. Biz verməyə və almağa hazırıq. Ermənistanın maraqlarından vaz keçmirik: bütün sərhəd boyu hərbsizləşdirilmiş zona yaratmağı təklif edirik; eskalasiya və aqressiv siyasət üçün bütün mümkün səbəbləri aradan qaldırmağa çalışırıq”, - o bildirib.
Ermənistan baş naziri iddia edib ki, Ermənistanın 29,8 min kv.km ərazisinə Başkənd, eləcə də 1990-cı illərdən Bakının nəzarətində olan “Berkaber”, “Parvakar”, “Ayqeovit”, “Vazaşen” kəndlərinin əraziləri daxildir:
Məsələni "Sherg.az"a dəyərləndirən politoloq Samir Hümbətov bildirib ki, Paşinyanın bu cür açıqlamalarını biz zaman-zaman eşidirik:
"O 1975-ci il xəritələrini ortaya atır və iddia edir ki, güya Ermənistan öz ərazilərini Azərbaycana verib. Əlbəttə bu absurt bir açıqlamadır və heç bir hüquqi əsası yoxdur. Çünki sözügedən və bu günkü Ermənistan ərazilərinin böyük bir hissəsi Azərbaycan torpaqlarıdır. Biz 1919-ci il Paris sülh konfransının yekun nəticələrinə baxdıqda görürük ki, Zəngəzur da Azərbaycan ərazisi kimi qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olaraq həmin ərazilərə iddia irəli sürə bilər. Ancaq buna baxmayaraq rəsmi Bakı 1991-ci ildə qeydə alınan ərazilərdə delimitasiyanın aparılmasının tərəfdarıdır".
Analitik əlavə edib ki, Paşinyanın bu cür fikir səsləndirməsi cəmiyyətə və erməni diasporuna hesablanıb:
"Ona görə ki, Paşinyan yaxşı bilir ki, Azərbaycan bir metr belə olsa da torpaq verməyəcəyini və nəzarətində olan əraziləri özündə saxlayacaq. Digər tərəfdən bu bəyanat prosesləri pozmağa hesablanmış bir addım kimi də dəyərləndirilə bilər. Çünki Qazağın yeddi və Naxçıvanın bir kəndi qaytarılması məsələsi artıq gündəmdir. Yəni bu Azərbaycan hökuməti tərəfindən ortaya qoyulub. Mən düşünürəm ki, Paşinyan yaxın zamanda Azərbaycandan torpaq alacağıq iddiaları ortaya atmağa cəsarət edə bilməz. Dediyim kimi bunlar yalnız cəmiyyəti sakitləşdirməyə hesablanmış addımlardır və danışıqlar masasında o bu iddialar ilə çıxış edə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya