Məzarlıqda tükürpədici qışqırıq!
Yusif Nəzərli
15:46 14.06.2023
Relaks
978
Barmağı kəsilən cəsəd oyandı
Kliniki ölüm keçirən insanların sonradan dirilməsinə tarixdə rast gəlinir. Şimali İrlandiyanın Lurgan bölgəsi, Armagh əyalətinin sakini Marjorie McCall da bir gecə qızdırmadan huşunu itirib və komaya düşüb. Qadının öldüyünü zənn edib ertəsi gün dəfn ediblər. Lakin həyat yoldaşı, ixtisasca həkim olan Jon McCall ölümə şübhə ilə yanaşıb. Həyat yoldaşının tabutuna pəncərə qoyulmasını tələb edib.
Ağlagəlməz olaylar da bununla başlayıb. 3 övlad anası Marjorieni hərarət əldən saldıqda ilk tibbi müdaxiləni həyat yoldaşı edib. Lakin qadının hərarəti düşməyib, vəziyyəti getdikcə daha da ağırlaşıb. Vəziyyəti ağırlaşan qadını xəstəxanaya aparıblar. Lakin xəstəxanada da ona yardım edə bilməyiblər. Və qadın vəfat edib. Daha doğrusu, xəstəxana personalı qadının vəfat etdiyini bildirib. Həyat yoldaşı isə bu ölümdən şübhələnib, qadının ölümü ona müəmmalı görünüb. Çünki bundan əvvəl də bəzi insanların yanlışlıqla dəfn edildiyi, sonradan məzarda oyanan və qorxudan bağrı çatlayaraq ölən adamlar barədə eşitmişdi.
Elə buna görə də həyat yoldaşının tabutuna pəncərə qoydurur ki, onda hər hansı həyat izləri üzə çıxarsa, tez müdaxilə edə bilsin. Həmin dönəmdə Şimali İrlandiyada cəsəd oğruları da peyda olubmuş. Cəsəd oğruları məzarlıqdan cəsədləri oğurlayıb universitetə satırmış, ali məktəblər isə cəsədlər üzərində təcrübələr keçir, əyani vəsait kimi istifadə edirdilər. Cəsəd oğruları Marjorienin də tabutunu açıb cəsədi oğurlamaq fikrinə düşüblər. Tabutu açdıqda cəsədin barmağında bahalı üzük olduğunu görüb onu çıxarmağa çalışıblar. Lakin məlum məsələdir, barmaqlar şişdiyindən üzüyü çıxarmaq çətin olub. Oğrular barmağı kəsmək qərarına gəlib.
Bıçağı barmağa vuran kimi qan çıxıb, qanın axması ilə də qadın oyanıb. Və çığırmağa başlayıb. Oğrular, təbii ki, dəhşətə gəlib və məzarlıqdan qaçıblar. Qadının çığırtı səsinə toplaşanlar onu xəstəxanaya aparıb. Xəstəxanada ona tibbi yardım göstərilib. Dirilib sağalan qadın evinə aparılıb. Bu hadisədən sonra qadın 8 il yaşayıb. Onun möcüzəli dirilişi Şimali İrlandiyada əfsanələrə dönüb, qadın bütün ölkədə tanınıb. Tarixçi Jim Convay isə hekayənin doğru olub-olmadığını araşdırıb, gəldiyi qənaət bu olub ki, hadisə həqiqətdir. Lakin bunun üçün tabuta pəncərə qoyulub-qoyulmadığı dəqiqləşməli idi. Belə bir dəqiqləşdirmə isə əsrlərdir aparılmır. Məzardan çıxdıqdan 8 il sonra bir daha məzara gömülən Marjorienin qəbri isə bu gün adi məzarlardan biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm