
İsveçdən Ukraynaya dəstək: Yardım 1 günlük xərci ancaq ödəyir
10:39 15.12.2023
Aktual
641
İsveç Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə İsveçin Avropa İttifaqındakı (Aİ) nümayəndəliyi “X”də yazıb.
Bildirilib ki, yardım 124 milyon avro həcmindədir.
Qeyd olunub ki, Ukrayna həm özü, həm də Avropanın təhlükəsizliyi üçün mübarizə aparır: “İndi Ukraynanı dəstəkləmək üçün həlledici vaxtdır”.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov bildirib ki, İsveçin Ukraynaya göndərəcəyi 124 milyo avroluq yardım bu müharibə üçün o qədər də böyük məbləğ hesab edilmir:

“Çünki sözügedən müharibədə həm Ukrayan, həm də Rusiya tərəfindən milyardlarla dollar xərclənir. İsveçin göndərdiyi yardım bir günün xərci olar ya olmaz. Belə halda onun hansısa, ciddi təsiri olacağını düşünmürəm. Hər halda İsveçin bu addımı atması Qərb ölkələri ilə münasibətlərini daha yüksək səviyyəyə çıxarmaq məqsədi güdür. Burada əsas səbəb İsveçin NATO-ya üzvlük məsələsidir. Göstərilən yardım qarşılığında Rusiyanın İsveçə qarşı hansısa, tədbir görəcəyini hesab etmirəm. Rusiyanın İsveçə heçbir təsir mexanizmi yoxdur. Ukraynana ilə Rusiyanın döyüşü davam etməkdədir. Qərb Ukraynaya kömək etməyə məcburdur. Əks təqdirdə sözügedən məsələ Avropa ölkələri üçün daha böyük təhlükəsizlik tədbirlərini həyata keçirməyə vadar edəcək səviyyəyə gələ bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm