Türk dünyaya səs saldı: Ev şəraitində naqilsiz telefon düzəltdi
Yusif Nəzərli
05:06 12.01.2024
Texnologiya
1407
12 kosmonavtla əlaqə yarada bilib
Dünyanın 6 qitəsi ilə naqilsiz əlaqə saxlaya bilir, məsafə rekordu 18 min 400 kilometrdir
Ötən əsrdə ev şəraitində düzəltdiyi naqilsiz telefonla dünyaya səslənən ABŞ sakini hardan bilərdi ki, yeni əsrdə hər kəs sosial şəbəkə üzərindən dünyanın istənilən nöqtəsindəki birisiylə ünsiyyət yarada biləcək. Bu azmış kimi bir türk hətta kosmosdakı astronavtlarla da naqilsiz əlaqə yarada bilib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 1985-ci ildən naqilsiz telefondan isitfadə etdiyini deyən Türk Telsiz və radio həvəskarları Cəmiyyətinin başqanı Ali Rıza Özsaran kosmosla əlaqə yaratmasından danışıb: “2003-cü ildə kosmos düşərgəsində çalışırdım və məndə belə bir maraq oyandı. Beynəlxalq kosmos stansiyasını təqib etməyə başladım. Amerikalı kosmonavt həvəskarlarla əlaqə saxlayacaqlarını açıqlamışdı. Bu, mənim marağımı daha da artırdı. Və onlarla birbaşa, vasitəsiz əlaqə yaratmağı qarşıma məqsəd qoydum. Nəticədə 12 kosmonavtla əlaqə yarada bildim. Dünyanın 6 qitəsi ilə naqilsiz əlaqə saxlaya bilirəm. Məsafə rekordum 18 min 400 kilometrdir. Hazırda isə kosmosa göndərilməyə hazırlaşan türk kosmonavt Alper Gezeravcı ilə əlaqə yaratmaq və bununla tarixə düşməkdir”. Ali Rıza Özsaran deyib ki, kosmosla rabitəsiz əlaqə yaratmağı vaxtilə amerikalı, Doug isimli birisi də bacarıb. Lakin o bunu radio dalğalarından istifadə edərək bacarıb. O isə kosmosla hər hansı rabitə bağlantısı yaratmadan bunu edə bilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət