Qarşıdurma ehtimalı: III Dünya Müharibəsinə hazırlıq - SİQNAL
13:44 25.03.2024
Siyasət
625
Qərb qoşunlarının Ukraynaya göndərilməsi NATO ilə Rusiya arasında yeni dünya müharibəsinə səbəb ola biləcək münaqişə təhlükəsi yaradacaq.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“NATO qoşunlarının Ukraynaya göndərilməsindən danışarkən bəzi Qərb siyasətçiləri bu təşkilatın kollektiv təhlükəsizliyini nəzərdə tutan beşinci maddəsindən sui-istifadə edirlər. Qoşunlar göndərilsə, NATO ilə Rusiya arasında qarşıdurmadan qaçmaq mümkün olmayacaq və 5-ci maddənin də tətbiqi dünya müharibəsinin başlaması üçün real risk yaradacaq”, - Siyarto bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, politoloq Fuad Abbbasov bildirib ki, Macarıstan xarici işlər naziri Ukrayna müharibəsi başlayandan bu yana Rusiyanın tərəfkeşliyini aparan Prezdent Viktor Orbanın siyasətini davam etdirir:
“Putinin nüvə silahı ilə bütün dünyaya hədə-qorxu gəldiyi kimi Peter Siyarto da bununla eyni şeyi etməyə çalışır. Putin dəfələrlə Sovet İttifaqının dağılmasını özü üçün ən böyük itki saydığını dilə gətirib. Eyni zamanda, Putin tərəfindən Rusiyanın suverenliyini və torpaq bütünlüyünü qorumaq üçün nüvə silahından istifadə edə biləcəyini eşitmişik. Buna görə də Viktor Orban və Peter Siyartonun fikirlərində həqiqət payı var ki, Rusiya və NATO qarşıdurmaya gələ bilər. Rusiya son gücünü istifadə edərək silahsız vəziyyətə gəldiyi vaxt NATO-ya qarşı nüvə silahından istifadə edə bilər”.
Ekspert qeyd edib ki, ümumiyyətlə, artıq bütün analitiklər Üçüncü Dünya Müharibəsinin davam etdiyini söyləyirlər:
“Çünki proksi və hibrid savaşlar gedir. Rusiyada terror aktının İŞİD ilə təşkil olunmasına baxmayaraq Ukrayna ilə əlaqələndirilir. Bütün bunların hamısı Üçüncü Cahan savaşına hazırlıq kimi görünür. Rusiya hələ NATO-ya qarşı hansısa müharibə elan etməyib. Amma NATO-nun apardığı fəaliyyətlər buna gətirib, çıxarır. Tarixdə Vyetnam, Koreya və Əfqanıstanda Rusiya və Amerika Birləşmiş Ştatları qarşı-qarşıya gəldilər. Ancaq bütün bu müharibələr Üçüncü Dünya müharibəsinə start verilmədən sona çatdı. Ukrayna müharibəsi Rusiyanın sərhədlərinə dirəndiyinə görə NATO-nun Ukrayna üçün həddindən artıq olan canfəşanlığı Üçüncü Dünya savaşına səbəb ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə