Ət idxalı artıb, qiymətlər niyə düşmür? -AÇIQLAMA
Yusif Nəzərli
12:35 28.10.2024
Cəmiyyət
714
Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 % faiz çox ət idxal edilib.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyir ki, bu, ölkədə ətin qiymətinin dəfələrlə artmasına qarşı hökumətin atdığı addımdır.
Razi Nurullayev onu da bildirib ki, əslində, ölkəyə idxal olunan məhsulların arıtırılması ilə əlaqədar qiymətlər enməli idi. Lakin bu proses baş vermir. İdxal olunan donmuş ət ucuz olsa da, ölkədə qoyun və mal ətinin qiymətində artım davam edir. Buna səbəb isə vətəndaşların donmuş ətə üstünlük verməməsidir.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə isə son 1 ayda ətin qiyməti 1,7 faiz artıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, son dövrlər ölkədə ətin qiymətinin artmasının bir neçə səbəbi var:
"Həm iri, həm də xırdabuynuzlu heyvanları saxlayanların sayı azalıb. Çünki heyvanların bəslənməsi üçün xərclər çoxalıb. Ona görə də vətəndaşlara heyvan saxlamaq sərf etmir. Digər tərəfdən əhalinin sayı və alıcılıq qabiliyyəti artır. Lakin ətin qiymətinin bahalaşmasına baxmayaraq, təlabat azalmır. Bu da xərclərin artması fonunda qiymətin yüksəlməsinə gətirib çıxarır. Azərbaycanda 2022-ci illə müqayisədə 2023-cü il idxal artıb. Bu il təxminən xırdabuynuzlu heyvanların idxalı 3 dəfəyədək yüksəlib. Nəzərə almaq lazımdır ki, idxal olmasa, qiymətlər daha sürətli şəkildə qalxardı. Yəni, idxal edilən məhsullar qiymətin daha tez şəkildə yüksəlməsinin qarşısını alır. Əslində idxalçılar görürlər ki, ölkədən kənarda ət məhsullarını daha baha şəkildə satmaq mümkündür. Ona görə də idxalın həcmini çoxaldırlar. Xüsusən Ukrayna-Rusiya müharibəsindən sonra Azərbaycanda quşçuluq məhsullarının idxalı dayandı. Bu səbəbdən ölkədə ət məhsullarının qiyməti bahalaşdı. Biz düşünməyək ki, idxalın çox olmasına baxmayaraq, ətin qiyməti niyə bu qədər bahadır. Nəzərə alaq ki, idxal olmadığı təqdirdə qiymətlər indiki səviyyədən 20-30 faiz daha baha olacaqdı. Saxlanılan heyvanların və bazara çıxarılan ətin həcmində əhəmiyyətli dərəcə artım olmasa, qiymətlərin daha da bahalaşacağını güman edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət