
"Yağışdan çıxıb, yağmura düşdük": Bunun adı məmur özbaşınalığı...
11:39 29.10.2024
Sosial
565
Dünən səhər saatlarından yağan leysan xarakterli yağışdan sonra Bakının yollarında çətinlik yaranıb. Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb.
Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb.
Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.
Xatırladaq ki, ötən həftə yağışın normadan dəfələrlə artıq yağması nəticəsində də paytaxtın bir neçə ərazisini su basmışdı. Aidiyyəti strukturların rəhbərləri ərazilərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdilər.
Bəs, nə oldu!? İnsanlar ölməsin, maşınlar batmasın deyə hər yağış yağanda yollarda hərəkət məhdudlaşdırılıb, tunellərə giriş bağlanacaq? Aidiyyatı qurumların daha ağıllı və məntiqli bir həll yolu yoxdurmu!?
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin “Sherg.az"a açıqlamasına görə, tunelin su ilə dolmasına səbəb tikinti zamanı infrastruktur qaydalarına riayət edilməməsidir:

“Yağışdan sonra yaranan vəziyyət yol infrastrukturunun yaxşı vəziyyətdə olmamasından xəbər verir.
Hiss olunur ki, çox böyük yeyintilərə yol verilib. Müasir standartlara uyğun su ötürücü qurğular, drenaj sistemləri tətbiq edilməyib. Eyni zamanda elektrikli motorlar quraşdırılmayıb.
Problem tək “Sabunçu tuneli”də deyil. İstər Ziya Bünyadov prospektində, istər Nərimanov rayonu ərazisində, Ağa Neymətullah küçəsi istiqamətində yolötürücü quraşdırmaq üçün o qədər dərin quyu qazmağa nə ehtiyac vardı ki!? O tunellərin heç birinə ehtiyac yox idi. Yerin üstü ilə də avtomobillər normal hərəkət edirdi. Sadəcə olaraq işıqfor sistemini tənzimləmək və yol ötürücülər quraşdırmaq kifayət edirdi. Lakin bu cür tunellər büdcədən milyonlarla vəsait silmək üçün daha daha əlverişli idi. Bir növ Bakı şəhərinə məqsədli qəsd etdilər. Tunellərə axan yağış sularının axacaq yeri yoxdur. İstənilən bir quyuya axan suyun çəkilməsi üçün mütləq motorlar quraşdırılmalıdır. Lap quraşdırsınlar, bu motorların çəkdiyi su hara vurulacaq!? Onsuz da dolub- daşan kanalizasiyalaramı!? Bir neçə gün əvvəl yağan leysan yağışlarında “Sabunçu tunel”də iki gənc adam boğuldu. Amma heç bir qurum məsuliyyəti üzərinə götürmədi. Dünən yağan yarım saatlıq yağışda belə tunel su ilə doldusa, deməli Bakı şəhərinə nəzarət edilmir. Bunun adı məmur özbaşınalığı deyil, bəs nədir!? Məmur özbaşınalığı üzündən ölkə vətəndaşı çarəsiz durumdadır”.
İ. Hüseynlinin sözlərinə görə, problemin həlli üçün yenidən kanalizasiya sistemləri qurulmalı, asfalt örtüyü bərpa olunmalı, bir sözlə, yeni salınmış yaşayış ərazilərində yeni infrastruktur yaradılmalıdır. Əks halda problem ömürlük davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət