Təhlükəsizlik eksperti: Normal liftlərdə qaldırıcı kanatlar qırılsa belə...
13:00 04.11.2024
Cəmiyyət
869
Bakının Yasamal rayonu, Parlament prospektində doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaş köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan bina sakini xilas edilib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev “Sherg.az”a bildirib ki, lift qəzalarının baş verməsinin müxtəlif səbəbləri var:
“Liftdə hər hansı nasazlıq olduqda, ondan düzgün istifadə edilmədikdə, qəza hadisələri baş verə bilər. Yaşayış binalarında liftlərə dair tələblər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi ilə tənzimlənir. Liftlərdə qaldırıcı mexanizmlərdən əlavə tutucu troslar quraşdırılır. Kabinənin enmə sürəti normadan artıq olduqda, tutucu işə düşərək kabinəni saxlayır. Yəni, normal liftlərdə qaldırıcı kanatlar qırılsa belə, kabinənin çalaya düşməsi və içərisində olan sərnişinlərin zədələnmə ehtimalı çox aşağı olur. Liftin sahibi lazımi xidmət və təmir işlərini təşkil etməyə borcludur. Bu mənada liftin texniki sazlığına və təhlükəsiz istismarına cavabdeh şəxslər təyin olunmalıdır. Ümumiyyətlə liftin texniki vəziyyətini müəyyənləşdirmək məqsədilə texniki diaqnostika aparılır. Texniki diaqnostika tam, dövrü və qismən növlü yoxlamalara bölünür. Həmçinin liftdə məsul şəxslər tərəfindən hər ay aparılan yoxlamalar aktlaşdırılır. İldə bir dəfədən az olmayaraq FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin iştirakı ilə liftlərdə dövri və növbədənkənar yoxlamar aparılır. Liftdə hər hansı nasazlıq pozuntular aşkar olunduqda isə onun fəaliyyəti dayandılılır. Liftin daxilində davranış qaydaları və fövqəladə hallar zamanı əlaqə saxlamaq üçün nömrələr olan lövhələr asılmalıdır. Davranış qaydalarında liftin daşıya biləcəyi maksimal çəki və ya adam sayı mütləq göstərilməlidir ki, normadan artıq yüklənmə olmasın. Bütün təhlükəsizlik tədbirləri aparılmalıdır, belə olduğu halda, bədbəxt hadisələrin qarşısını almaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət