"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?
18:54 11.10.2024
Gündəm
475
"Bu gün Bakı şəhərinin bəzi yerlərində piyadaların sıxlığı müşahidə olunur. Bu zaman piyadalar avtomobillərin hərəkətdə olduğu yollarda təhlükəsiz şəkildə hərəkət edə bilmirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu amil nəzərə alınaraq, belə ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur".
"Trend"in xəbərinə görə, bu istiqamətdə görülən işlərlə bağlı AYNA-nın Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov ətraflı məlumat verib.
Qurum rəsmisi bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hərəkətin yenidən təşkili ilə bağlı müxtəlif layihələr həyata keçirilir.
Onun sözlərinə görə, agentlik fəaliyyətə başladığı ilk gündən piyadaların rahat və təhlükəsiz hərəkəti prioritet hesab olunur:
"Bir neçə gün əvvəl Xaqani bağı ətrafında yerləşən küçələr bağa birləşdirildikdən sonra yeni görkəmdə piyadaların ixtiyarına verildi. Hazırda metronun "28 May" stansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Hər iki layihə AYNA-nın təklifi əsasında Nəqliyyatı Əlaqələndirmə Şurasında razılaşdırılıb.
Eyni zamanda, artıq 6 aydır ki, həftəsonları və qeyri-iş günlərində şəhər mərkəzində yerləşən bir sıra küçələr sakinlər istisna olmaqla, digər avtomobillərin hərəkəti üçün bağlanır. Bu dəyişikliklər qeyd edilən ərazilərdə hamı üçün çox gözəl bir mühitin formalaşmasına imkan verməklə yanaşı, ərazinin turizm və biznes potensialının daha da artmasına kömək edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat