
Ekspert: Dəm qazından qorunmağın ən düzgün yolu...
09:41 16.12.2024
Cəmiyyət
785
Şəki şəhərində yaşayan Abdullayevlər ailəsinin üç üzvü dəm qazından zəhərlənib.
Bu barədə AZƏRTAC-ın əməkdaşına Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsindən məlumat verilib.
Bildirilib ki, Şəki şəhər sakinləri 45 yaşlı Rasimə Abdullayeva, 29 yaşlı Murad Abdullayev və 2 yaşlı Fatimə Abdullayeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar. Ailə üzvlərinə bütün tibbi müdaxilələr edilib və həyatı təhlükələri aradan qaldırılıb. Səhər saatlarında Abdullayevlər ailəsi ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, qış mövsümünün gəlişi ilə əlaqədar dəm qazından zəhərlənmə hallarının artımı müşahidə olunur:

“Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Lakin öncədən bir sıra təhlükəsizlik qaydalarına riayət etmək və təhlükəsizlik tədbirləri görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Dəm qazından zəhərlənmə halları ən çox vanna otaqlarında qeydə alınır. Buna görə də ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması yolverilməzdir. Mövcud qaydaların tələblərinə görə, qazla işləyən isidici qurğular yalnız mətbəx otaqlarında quraşdırılmalıdır. Vanna otaqlarında yalnız elektrik su qızdırıcıların quraşdırılmasına icazə verilir. Bundan əlavə olaraq qazla işləyən su qızdırıcıların istismarı zamanı həmin otaqda mütləq münbit şərait olmalıdır. Yəni havalandırma təşkil edilməlidir. Həmçinin vanna otaqlarında tüstü bacaların təmizlənməsi ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir. Mətbəx otaqlarında qaz cihazları quraşdırılarsa, mətbəxin hündürlüyü minimum iki metrdən daha yuxarı olmalıdır. Mətbəxlərdə mütləq pəncərələr olmalıdır. Bəzi hallarda mətbəxlərdə pəncərələr ləğv olunur və yaxud daşla hörülür. Amma qaz cihazları, qaz qurğuları yerləşən otaqlarda bunlar yolverilməzdir".
Ekspert qeyd edib ki, dəm qazının vaxtında aşkarlanması üçün ən effektiv vasitələrdən biri qaz detektorları hesab olunur:
"Qaz dektorlarının quraşdırılması Avropa ölkələrində geniş miqyas alıb. Orada bu detektorların quraşdırılması ilə məşğul olan lisenziyalaşmış şirkətlər mövcuddur. Ölkəmizdə təəssüf ki, qaz detektorlarının quraşdırılması ilə bağlı hələ də effektiv işlər aparılmır. Lakin fərdi olaraq hər bir insan özü üçün müəyyən satış məntəqələrində satış yerlərində qaz detektorlarından alıb istifadə edə bilər. Dəm qazından qorunmağın ən düzgün yolu da havalandırmanın təşkil olunmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət