
Aİ rəsmi Tiflisi cəzalandırmaq istəyir: Gürcüstana qarşı hədə xarakterli qərar qəbul oluna bilər
12:27 16.12.2024
Dünya
495
Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasında Gürcüstan məsələsi müzakirə olunacaq.
Xarici işlər nazirlərinin görüşünə ilk dəfə olaraq Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sədrlik edəcək.
XİN başçıları həmçinin Gürcüstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparacaq.
Aİ-nin Gürcüstandakı nümayəndəliyindən verilən məlumata görə, görüşün gündəliyinə Gürcüstanın Aİ-yə namizədliyi və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi də daxildir.
Politoloq Turab Rzayev "Sherg.az"a söyləyib ki, Aİ balans siyasəti yeritməyə çalışır:

"Aİ istəyir ki, Gürcüstanı cəzalandırsın. Çünki Gürcüstan bu ittifaq və ABŞ-dan uzaqlaşaraq Rusiya, Çinlə yaxınlaşıb. Həmçinin bura seçkilərin nəticələrinin Avropanın istəklərinə uyğun olmaması, küçə etirazçılarına qarşı olan təzyiqlər və s. daxildir. Gürcüstan açıq şəkildə anti-qərb siyasəti yeridir. Həmçinin Qərbə inteqrasiya planlarını dondurub. Bu səbəblə sə artıq Gürcüstana bir çox yardımlar kəsilib. Bundan başqa digər maddi yardımların edilməməsi ilə bağlı siqnallar da verilib. Üstəlik, bəzi sanksiyalar və embarqolar qoyulması ilə bağlı da xəbərdarlıq olunub. Lakin Aİ Gürcüstanı birdəfəlik bölmək və Belarusa çevirmək istəməyəcək. Amma bu dövlətin Avropadan uzaqlaşaraq Rusiya və Çinin sateliti olmasının mümkün qədər qarşısını almaq çalışacaq. Yəni münasibətlərdə əlaqələri saxlamaq üçün güzəşt də edəcək. Əlavə olaraq Aİ-yə üzv ölkələr arasındakı fikirlər də önəmlidir. Məsələn, Macarıstan, Slovakiya Gürcüstanı dəstəkləyəcək. Amma Polşa və digər Baltikyanı ölkələr Gürcüstana qarşı sərt mövqe tərəfdarlarıdır. Ona görə də ittifaq daxilindəki ümumi fikir ayrılıqları yekunda necə kompromislə nəticələnəcəyi bilinmir. Gürcüstana qarşı ən azından hədə xarakterli qərar qəbul olunacaq. Lakin qərarın nə dərəcədə sərt olması Aİ-yə üzv ölkələrin bir-biri ilə koordinasiyası və razılaşmasından asılıdır. Bu, hələ ki başlanğıc mərhələdir. Əgər xəbərdarlıqlar Gürcüstana nəticə verməsə, mövcud sanksiyaları daha da sərtləşdirə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət