Ərdoğan partiyasını yeniləyir - İdarəçilərin 60%-i dəyişəcək
11:54 13.01.2025
Dünya
527
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rəhbərliyində dəyişikliklər etməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazıb.
Qəzetin məlumatına görə, partiya İdarə Heyətinin 60 faizinin yenilənməsi nəzərdə tutulub. Mənbələr dəyişikliklərin növbəti seçkilərlə əlaqəli olduğunu bildirib.
Nəşr qeyd edib ki, Ərdoğan artıq 2028-ci ilə planlaşdırılan prezident və parlament seçkiləri üçün partiyası üçün yeni komanda toplamağa başlayıb. Ötən il keçirilən bələdiyyə seçkilərində hakim partiyanın yüksək nəticə göstərməməsi də Ərdoğanın qərarına təsir
AK Partiyanın yalnız mərkəzi aparatında deyil, yerli təşkilatlarında, ən kiçik sturukturlarında da dəyişikliklər olacağı qeyd olunur.
Fevral ayında hakim partiyanın qurultayının keçiriləcəyi gözlənilir. Qurultayda partiya İdarə Heyətində ciddi dəyişikliklər açıqlanacaq. Məqalədə deyilir ki, partiyanın ali rəhbərliyində yeni simalarla bağlı məsləhətləşmələr aparılır. Aralarında qadınların da olduğu çoxlu sayda gənc siyasətçinin AKP-yə keçəcəyi gözlənilir.
Qeyd edək ki, bəzi türk ekspertlər dəyişikliyin yalnız növbəti - 2028-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqəli olmadığını düşünür. Belə ki, Türkiyədə qarşıdakı aylarda referendum keçiriləcəyi, konstitusiya dəyişikliklərinin müzakirəyə çıxarılacağı gözlənilir. Ərdoğan və komandası bu barədə dəfələrlə açıqlama verib və yeni konstitusiyaya ehtiyac olduğunu bildiriblər.
Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi də istisna edilmir. Qeyd edək ki, son günlər Ərdoğanın üçüncü dəfə namizəd olub-olmaması barədə müzakirələr aparılır. Türkiyə liderinin baş müşaviri Mehmet Uçum bildirib ki, Ərdoğan müvafiq Konstitusiya müddəasından istifadə edərək, üçüncü müddətə dövlət başçısı kimi namizəd ola biləcək.
“Konstitusiyanın 116/3-cü maddəsinə görə, prezident Ərdoğanın namizədliyini irəli sürmək üçün müstəsna imkan var. Onun namizədliyinin müzakirəsi 2027-ci ilin ikinci yarısında gündəmə gələ bilər", - deyə baş müşavir X-də yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm